Mayın 13-də Sumqayıt şəhərində Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Kitab bayramı keçirildi.
Onu da qeyd edək ki, VIII Ümumrespublika Kitab bayramı hər il may ayında ənənəvi olaraq Ulu Öndərin Sumqayıt şəhərindəki abidəsinin qarşısında təşkil olunur.
Bu dəfəki sərgi Səməd Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə reallaşmışdır. Kitab sərgisində minlərlə kitab, o cümlədən Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər nümayiş etdirildi. Tədbirdə Şəhər İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri o cümlədən Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov iştirak edirdi. Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən kitablar tədbir iştirakçılarının diqqət və marağına səbəb oldu.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Mətbuat xidməti