Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | News | Birləşmiş Krallıqdan Məzunlar Assosiasiyası (AUKAA) təlimlərə start verdi
Yerləşdirilmə tarixi : 04 May 2015 14:56
Birləşmiş Krallıqdan Məzunlar Assosiasiyası (AUKAA) təlimlərə start verdi

Mayın 4-ü  universitetimizdə “Gələcəyə təşəbbüs” layihəsi çərçivəsinədə AUKAA-nın nümayəndəsi tələbələrimizə inşa yazmaq bacarığı ilə bağlı təlim  keçirildi. 
Tədbirdə Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və xarici dillər kafedrasının müəllimləri də iştirak edirdilər.
Təlimdə bildirildi ki, Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyası (AUKAA) bu layihəni dəstəkləyir və, təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt layihənin yeni ilinin başlanması ilə bağlı bildirmişdir: “Bu müsabiqə fəal və gənc azərbaycanlı tələbələr üçün özlərini sübut etmək, bacarıqlarını nümayiş etdirmək, Birləşmiş Krallıqda yay kursu keçmək və gələcək təhsillərinə töhfə vermək üçün gözəl imkandır. Böyük səbirsizliklə azərbaycanlı tələbələrin maraqlı və düşündürücü inşalarını oxumağı  gözləyirik”. 
AUKAA-nın nümayəndələri tələbələrimizi maarifləndirmə və ruhlandırma məqsədli çıxışlarında qeyd etdilər ki, bu kimi gözəl fürsətlər fəal gənclərə ölkəmizin sosial-iqtisadi inkişafında aparıcı qüvvə olmağa kömək edəcəkdir. 
Təlim 4 saat davam etdi və  aşağıdakı tövsiyələr verildi:
-İnşalar 2000 sözdən artıq olmamalıdır və ingilis dilində yazılmalıdır;
-İnşalar orijinal olmalıdır. Daha əvvəl çap edilmiş və ya yazılmış yazılar qəbul edilməyəcəkdir;
-Plagiatlıq qeyd olunan inşalar dərhal yararsız hesab ediləcəkdir. İnşalar plagiatlıq əleyhinə xüsusi proqram vasitəsilə yoxlanılacaqdır; -Hər bir tələbə seçilmiş mövzular üzrə yalnız bir inşa ilə müraciət edə bilər;
-Yaş məhdudiyyəti 18-22 yaş arasıdır; 
-Qeyd edək ki, British Council və PAŞA Bank qalib olan inşaları çap etmək və ya ictimaiyyətə açıq təqdim etmək hüququna malikdir. Qaliblər barədə son qərar münsiflər heyəti tərəfindən verilir və mühakimə edilə bilməz.
İnşalar aşağıdakı mövzular üzrə qəbul olunacaq. Tələb olunan yazı dili ingilis dilidir.
1.Maliyyə institutlarında davamlılıq mexanizmləri
2.Maliyyə institutlarının qeyri-maliyyə hesabatları
<3.Maliyyə böhranı yeni imkanlar yaradır
<4. Ölkənin qloballaşmasında və iqtisadi inkişafında intelektual kapitalın zəruriliyi
5.Azərbaycanda bankçılıq Avropa ölkələrində bankçılıqla müqayisədə
6.Maliyyə idarəçiliyinin və verginin zəruriliyi
7.İnformasiya texnologiyalarının Azərbaycan iqtisadiyyatında rolu
8.21-ci əsrdə tələb olunan bacarıqlar: Uğurlu karyera qurmaq üçün vacib olan bacarıqlar
9.Universitet və biznes müəssisələri arasında əməkdaşlıq əlaqələrinin məzunlara və ölkənin ümumi iqtisadi inkişafına təsiri
Sonda tələbələrin sualları cavablandırıldı.

Mətbuat xidməti

ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-018-64-2-15-06
E-mail: info@sdu.edu.az