Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | News | Elmi Şuranın növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 29 May 2015 10:43
Elmi Şuranın növbəti iclası keçirildi

Mayın 29-da SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura üzvlərini salamladı. 
Öncə sədr İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayevanı dosent, Fiziki coğrafiya kafedrasının müəllimi Tahir Ağayevi elmlər doktoru, Mühasibat uçotu və audit kafedrasının müəllimi Aygün Hüseynovanı iqtisadiyyat üzrə fəlsəfə doktoru, Energetikanın problemləri laboratoriyasının elmi işçisi Sevil Abdullayevanı  texnika üzrə fəlsəfə doktoru, Neft kimyası və kimya texnologiyası kafedrasının müəllimi İradə Qarayevanı və  Zoologiya və insan fiziologiyası kafedrasının müəllimi Arzu Baxşəliyevi dosent diplomu alması münasibəti ilə təbrik  etdi.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov Sumqayıt Dövlət Universitetində Təhsilin inkişaf strategiyası (2015-2020-ci illər), Təhsilin İnkişaf Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı, Tədris Metodiki Mərkəzinin əsasnaməsi və Karyera Mərkəzinin yaradılması haqqında məruzə ilə çıxış etdi. Rektor bu müzakirə zamanı göstəriş verdi ki, artıq yaradılan Qiymətləndirmə və Karyera Mərkəzinin fəaliyyətini təmin etmək üçün otaqlar ayrılsın və bu məsələnin həlli dosent Natiq Talıbova həvalə olunsun.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov SDU-da keçirilmiş konfranslar və TEC-in yekun seminarı  və Enactus layihəsi ilə bağlı  ətraflı məlumat verdi.
SDU-nun hüquqşünası, dosent Əminə Həsənova universitetimizin bayrağı  və xüsusi şöbə haqqında əsasnamə ilə bağlı məruzəsi dinlənildi. Universitetimizin rəmzi olan bayrağımız Elmi şura üzvlərinə təqdim olundu və yekdilliklə bəyənildi.
Rektor Elxan Hüseynov TEMPUS layihəsi çərçivəsində mayın 18-dən 24-dək  Almaniya və Avstriya universitetlərində ezamiyyətindən bəhs etdi və  səfərin məqsədindən və gələcək əməkdaşlıq planlarından danışdı. Cari məsələlərin müzakirəsi zamanı  universitetin struktur rəhbərlərinin maaşının artırılması diqqətə çatdırıldı. Rus dili kafedrasının bağlanaraq Xarici dil kafedrasına birləşdirilməsi və İdman kafedrasının ləğv edilərək nəzdində İdman klubunun yaradılması qərara alındı.
Aprelin 1-də Respublika qəzetində Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti ştatda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan etmişdir. Bu baxımdan da universitetin professor və müəllim heyəti bu müsabiqədə iştirak edərək öz elmi dərəcələrini və vəzifələrini artırılmasını təmin etmək üçün komissiya yaradıldı və yekdilliklə qərar qəbul edildi.

Mətbuat xidməti

ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-018-64-2-15-06
E-mail: info@sdu.edu.az