Oktyabrın 22-də SDU-nun kitabxanasında universitetin Tələbə həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı tələbələr arasında “Harada?, Nə zaman?, Nə?” ənənəvi intellektual bilik yarışması keçirdi.
Tədbiri giriş sözü ilə açan SDU-nun Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov yarış iştirakçılarını universitetin rektoru adından salamladı və belə yarışların son illər daha tez-tez keçirilməsinin əhəmiyyətindən danışdı və yarış iştirakçılarına uğurlar arzuladı.
Ənənəvi bilik yarışında SDU-nun 7 fakültəsinin 7 komandası iştirak edirdi. Üç turda keçirilən bilik yarışında üç yer uğrunda mübarizə yarış boyu həyəcan və gərginliklə davam etdirildi. Otuz altı sualı əhatə edən bu yarış 2 saatdan artıq bir vaxtı əhatə etdi. Yarışın sonunda 3 komanda qalib hesab olundu.
I yerə Filologiya fakültəsinin “Naturalist”, II yerə İqtisadiyyat və İdarəetmə fakültəsinin “Akses” III yerə Tarix və Coğrafiya fakültəsinin “ Oveelvion” komandası çıxdılar.
I yerə layiq görülən Filologiya fakültəsinin “Naturalist” komandası kubok və müxtəlif hədiyyələr, II və III yeri tutan iki komanda isə mükafatlarla təltif olundular.
Qaliblərə hədiyyələri Humanitar məsələlər üzrə prorektor Nizami Namazov, Tədris hissə müdiri İsabal Qurbanov, rektor məsləhətçisi Ulduz Ağayev təqdim etdilər.
Tələbə Həmkarlar Təşkilatının sədri Nemət İbayev tələbələrin asudə vaxtlarının səmərəli keçirimələri üçün yaradılan yeni-yeni layihələrin reallaşmasında yaratdığı şəraitə görə universitetin rektoru Elxan Hüseynova minnətdarlığını bildirdi. Həmçinin yarışın sonuna qədər obyektivliyi təmin etdiklərinə görə appelyasiya komissiyasının üzvləri Vüqar Ağayev və Seymur Salahova təşəkkürünü bildirdi.
Mətbuat xidməti