Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | News | Elmi Şuranın növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 05 October 2014 00:00
Elmi Şuranın növbəti iclası keçirildi

Oktyabr ayının 5-də SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura üzvlərini salamladı, SDU-nun qısa zaman kəsiyində əldə etdiyi uğurlarından, nailiyyətlərindən danışdı.
Rektor universitetin bir qrup idmançılarını Azərkimya İB-də keçirilən stolüstü tennis üzrə idman yarışında birinci yeri tutması  münasibətilə təbrik etdi və onlara aldıqları kubokları təqdim etdi.
Iqtisadi məsələlər üzrə prorektor Naib Hacıyevin SDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində  görülən işlər  və qarşıda duran vəzifələr barədə,   Elm və innovasiyalar üzrə prorektor, professor  Ramazan Məmmədovun Təhsil Nazirliyinin akkreditasiyasının keçirilməsinin təşkili üçün özünütəhlil komissiyasının gördüyü işlər haqqında, TMŞ-nin  bölmə rəhbəri, professor Fazil Ələkbərlinin  Fakültələr üzrə 2013/2014-cü tədris ili üçün hazırlanmış sillabusların və fənn proqramlarının təsdiqi, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professoru Cavanşir Məmmədovun SDU-da Elmi-texnoloji parkın yaradılması konsepsiyası haqqında məruzələri dinlənildi.
İclasda Elm və innovasiyalar üzrə prorektor, professor  Ramazan Məmmədov SDU-da nəşr olunan Elmi xəbərlər jurnalının reytinqinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs etdi. Bildirdi ki, jurnalın   Təbiət və texniki elmlər bölməsi və sosial humanitar elmlər bölməsinin növbəti nəşri nəfis şəkildə çapdan çıxmışdır.
Rektor Elxan Hüseynovun universitetin əməkdaşlarının sosial müdafiəsinin daha da yaxşılaşdırılması  üçün noyabr ayının 1-dən maaşların artırılmasını məsələsi gündəliyə çıxarıldı. Rektor həmçinin AMEA-nın Polimer Materialları İnstitutunda SDU-nun baza kafedrasının yaradılması barədə məlumatı  iclas iştirakçılarının diqqətinə çatdırdı.
Sonra  elmi şurada müsabiqələrin keçirilməsi və elmi adların müzakirəsinə başlanıldı. Cəfərov Valeh Cabbar oğluna “Ekologiya və təbiətdən istifadə kafedrası üzrə professor elmi adının verilməsinə dair AAK qarşısında vəsatətin qaldırılması, Yəhyayeva Aynurə Yusif qızına “Mühasibat uçotu və audit” kafedrası üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatətin qaldırılması, Qarayeva İradə Eyvaz qızına “Neft kimyası və kimya texnologiyası” kafedrası üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatətin qaldırılması müzakirə edildi və komissiya yaradıldı.

Mətbuat xidməti

ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-018-64-2-15-06
E-mail: info@sdu.edu.az