Noyabrın 12-də SDU-da Veteranlar təşkilatının ilk özəyinin yaradılması ilə bağlı iclas keçirildi.
Humanitar məsələr üzrə prorektor, dosent Nizami Namazov iclası giriş sözü ilə açaraq şəhərimizin şərəfli tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, həyat və fəaliyyətləri örnək olan veteranların dəyərli tövsiyələrinin gələcəyimiz olan gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, Sumqayıt şəhər Veteranlar Şurasının müraciətinə əsasən SDU-nun Veteranlar Təşkilatı yaradıldı. Universitetimizdə 70-dən çox veteranlarımızın olmasına baxmayaraq onlardan 7-nin veteranlıq kitabçası vardı.
Sumqayıt şəhər Veteranlar Şurasının məsul katibi Məşdi Zeynalov dövlətimizin qocalara diqqət və qayğısından danışaraq Prezident İlham Əliyevin regionlara səfəri zamanı ilk növbədə veteranlarla- ağsaqqallarla görüşdüyünü diqqətə çatdırdı.
Sonda iclasda qərar alındı ki, 13 nəfərdən ibarət rəyasət heyəti yaradılsın. Sumqayıt Dövlət Universitetinin Veteranlar Təşkilatının sədri Mehdi Qurbanov, müavini isə Əli Nağıyev səs çoxluğu ilə seçildi.
Mətbuat xidməti