Dekabrın 19-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsində Dünya iqtisadiyyatı kafedrasının təşkil etdiyi “Kommersiya səylərinin gücləndirilməsi” adlı seminar keçirildi.
Seminar kafedra müdiri Pənahəliyeva Məlahət və dosent Gülbəs Rüstəmovanın birgə səyi ilə III və IV kurs tələbələri arasında aparıldı.
Dosent Gülbəs Rüstəmova çıxış edərək bildirdi ki, seminarın məqsədi tələbələrin marketinq elminə olan həvəsini artırmaq və onların müxtəlif informasiya mənbələrindən aldıqları məlumatları ümumiləşdirərək müstəqil fikir sahibi kimi öz ideya və layihələrini ortaya çıxarmaqdır.
İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan 20 tələbənin çıxış etdiyi tezis və layihələr münsiflər heyəti tərəfindən dəyərləndirildi.
Seminarda “Gələcəyimizi qoruyaq”, “Məktəb ləvazimatlarının satışı ilə məşğul olan ticarət obyektlərinin işi haqqında”, “İnsanlarda kitab oxumağa maraq yaratmaq” və digər mövzularda tələbələrin tezis və layihələri dinlənildi.
Sonda münsiflər heyəti seminar barəsində öz fikir və rəylərini bildirdilər.
Mətbuat xidməti