Sumqayıt Dövlət Universitetinin Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbərlərinin iştirakı ilə iclas keçirildi.
Tədbiri SDU-nun TEC-nin rəhbəri İslam Paşayev açaraq gündəlikdə duran məsələləri müzakirəyə çıxardı:
1. "Enactus 2014-2015" layihəsi çərçivəsində təlimlərdə iştirak edəcək seçilmiş nümayəndə heyyətinə tövsiyələr;
2.Fakültə TEC-nin elmi rəhbərlərinə I kurs tələbələrinin TEC üzvülüyünə qəbulu, yanvar semestrindən sonra fəal TEC üzvülərinin siyahısının tərtibi və onların mükafatlandırılması;
3. TEC elmi rəhbərinin Fakültələr üzrə nəzərdə tutulan tədbirlərin tarixinin Fakültə TEC-nin elmi rəhbərləri ilə razılaşdırılması;
4. SDU-nun Fakültələr üzrə TEC üzvlərinin professor-müəllim heyəti ilə birlikdə Rusiyanın Voronej şəhərində keçirilən "XXI əsrin Gənclik və Elm: nailiyyətlər və perspektivlər" adlı Beynalxalq elmi-praktiki konfransına göndərilən məqalələrin fakültələr üzrə müzakirəsi oldu.
TEC-in rəhbəri İslam Paşayev "Enactus 2014-2015" layihəsi çərçivəsində Biznes Akademiyasında təlimlərdə iştirak edən tələbələri təbrik etdi. O, bildirdi ki, artıq "Enactus 2014-2015" proqramının mənimsənilməsində iştirak etmək üçün yanvarın 30-da yola salınan Hacıyev Zaur, Umudlu Fərid, Qocayev Fəqan, Əliyeva Nəcimə layihədə fəal iştirak etdilər. Layihədə iştirak edən İqtisadiyyat və idarəetmə fakültəsinin 773 saylı qrupunun tələbəsi Əliyeva Nəcimə proqramların mənimsənilməsində aktiv tələbələr və ən aktiv komanda seçimində fərqlənərək “Enactus 2014-2015” proqramının rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.
Mətbuat xidməti