Fevralın 2-4 tarixində Yunanıstan Makedoniya Universitetində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb olunmasının təməlinin qoyulması” layihəsi çərçivəsində elmi-nəzəri seminar keçirilmişdir. Seminarda layihənin iştirakçılarından biri olan Sumqayıt Dövlət Universitetini Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov təmsil etmişdir. Seminarda aşağıdakı məsələlər müzakirə edilmişdir:
Əliliyi olan tələbələrin təhsil bacarıqları: Prinsiplər və təcrübələr;Ali təhsilə giriş: Avropa Birliyinin təcrübə və mexanizmi;
Əlilliyi olan ali təhsil tələbələri: Üstünlüklər, Məsləhət və Dəstək;
Görmə əngəlli insanlar üçün kitabxana xidmətlərinin inkişaf etdirilməsi;
Görmə əngəlli insanlar üçün adaptiv işin qurulması haqqında təlim;
Əlilliyi olan insanlar üçün dəstək mərkəzinin yaradılması pilləli proseduru.
Mövzular üzrə tərəfdaş universitetlərin nümayəndələri arasında fikir mübadiləsi aparılmış və təkliflər qəbul edilmişdir.
Qeyd edək ki, SDU artıq bir ildir ki, bu layihənin tərəfdaş universitetlərindən biri olmaqla layihədə iştirak edir. Layihə üzrə növbəti görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Seminarda Azərbaycanın Əlillər Birliyinin, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Lənkaran Dövlət Universitetinin, Xəzər Universitetinin və digər qurumların nümayəndələri iştirak etmişlər.
Mətbuat xidməti