Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | News | Universitetimizin Tələbə-Elmi Cəmiyyətinin növbəti seminarı Fizika və Elektroenergetika fakültəsində keçirildi
Yerləşdirilmə tarixi : 28 February 2015 00:00
Universitetimizin Tələbə-Elmi Cəmiyyətinin növbəti seminarı Fizika və Elektroenergetika fakültəsində keçirildi

Fevralın 28-də Fizika və Elektroenergetika fakültəsində Tələbə-Elmi Cəmiyyətinin elmi seminarı keçirildi.
Seminarda Elm və innovasiyalar üzrə prorektor, prof. Ramazan Məmmədov, Universitet TEC-in elmi rəhbəri, dos. İslam Paşayev,  Fizika və Elektroenergetika fakültəsinin dekanı, dos.Tamilla Əhmədova, TEC-nin fakültə üzrə  elmi rəhbəri, dos. Samir Orucov və digər fakültələrin TEC-nin üzvləri iştirak etdilər.
Seminarı  giriş sözü ilə  Universitet TEC-nin  elmi rəhbəri, dos. İslam Paşayev açaraq bildirdi ki,    Rusiyanın Voronej şəhərində keçiriləcək "XXI əsrin Gənclik və Elm: nailiyyətlər və perspektivlər" adlı  Beynəlxalq elmi-praktiki konfransında göndərilən məqalələrin və elmi yeniliyi olan TEC-in üzvülərinin məruzələrinin fakültələr üzrə seminarlarda  müzakirəsi  nəzərdə tutulub.  Bunun üçün də  bütün  fakültələrdə seminarlarımız davam etdiriləcək. Öncə Filologiya fakultəsində bu gün isə Fizika və Elektroenergetika fakültəsində keçirilən seminarın əsas məqsədi elmi  yeniliyi olan qabaqcıl  tələbələri yaxından tanımaq, onlara bu sahədə köməklik göstərməkdir.
Seminarda çıxış edən Elm və innovasiyalar üzrə prorektor, prof. Ramazan Məmmədov tələbələrin elmin inkişafında və elmə olan marağının artırılmasında bu cür seminarların önəmli rolu olduğunu vurğuladı. O,  dahi Azərbaycan   şairi Nizami Gəncəvinin məşhur kəlamını dilə gətirdi: “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə   üstünlük eyləyə bilməz” .
Elmi seminarda tələbələrdən: 

Məmmədova Gülnarə (qr. 554) “Fizika elmi. Fizika elminin Azərbaycanda tədrisi. Fizika tədrisində fənlərarası əlaqə”,
Camaləddinov Ramin (qr. T-56) “Alternativ enerjilər ”,
Hacıverdiyev Aslan (qr. T-56) “ Sürətli asinxron mühərriklərin idarə edilməsi və qoşulma sxem”,
Qasımova Lalə (qr. 545) “ Maye kristal əsasında hazırlanmış Şottki diodlarının tətqiqi”,
Səfərova Südabə (qr. 545) “ Lazer şualarının təsiri ilə Cu3,Ga5,Se9 kristallarından ikifotonlu fotokeçiricilik hadisəsinin tədqiqi ”,
Əsədova Şəbnəm (qr. 545) “ Lazer şuaların təsiri ilə Ga, Se kristalın rekombinasiya mərkəzinin tədqiqi”,
Qədirova Aytac (qr. 554) “ Alternativ enerji mənbələri”,
Şıxməmmədova Xuraman (qr. 554) “ Ozon qatının problemlərinin həlli yolları”,
İlyasova Zülfiyyə (qr. 554) “ Azərbaycan strateji enerji qaynaqlarının milli təhlükəsizliyə təsiri” mövzularında məruzələrlə  çıxış etdilər.

Məruzələrdən sonra seminar iştirakçıları olan müəllim və tələbələr çıxış edənlərə suallar verdilər. Məruzələr ətrafında maraqlı diskussiyalar aparıldı.
Seminarda Fizika və Elektroenergetika fakültəsinin dekan, dos. Tamella Əhmədova çıxış edərək Fizika və Elektroenergetika fakültəsində keçirilən ilk elmi seminarın təşkilinə görə Universitet TEC-nin elmi rəhbəri, dos. İslam Paşayevə öz təşəkkürünü bildirdi. Onu da vurğuladı ki,  elmi rəhbərlər tələbələrin qarşısına çıxan problemlərin həlli istiqamətində onlara yaxından kömək etməlidirlər. Çünki onlar gələcəyin magistrantları, alimləridir.
Növbəti seminarın 14.03.2015-ci il tarixində İqtisadiyyat və İdarəetmə fakültəsində keçiriləcəyi bildirildi.

Mətbuat xidməti

ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-018-64-2-15-06
E-mail: info@sdu.edu.az