Seminarda Elm və innovasiyalar üzrə prorektor, prof. R.S.Məmmədov, Universitet TEC-in elmi rəhbəri dos. İ.G.Paşayev, Universitet Elmi hissenin müdüri t.e.n.A.M.Namazov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı i.e.n.,dos. A.Y. Yəhyayeva, kafedra müdirləri-i.e.n.,dos. A.H. Tağıyev, i.e.n., dos. Q.S. Hüseynov, dos. L.F. Mahmudova və i.e.n., dos. B.Ə. Orucəliyeva, i.e.n.,dos. M.Ö. Pənahəliyeva, f.e.e.d.,dos. Ş.S. Məmmədova, b.m. L.F. İsmayılova, b.m. Ç.İ.İbrahimova, b.m. İ.B.Əmirov, b.m. M.Ə.Əhmədov, baş metodist D.Ə.Əmiraslanova, b.l. İ.M.Qurbanova, Ə.H.Əliyeva, Z.E.Haciyeva, TEC-in fakültə üzrə elmi rəhbəri T.M.Əhmədova və digər fakültələrin TEC üzvləri iştirak etdilər.
Seminarı giriş sözü ilə açan universitet TEC-nin elmi rəhbəri dos. İ.G.Paşayev seminar iştirakçılarını universitetin rektoru Elxan Hüseynovun adından qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. O, universitetin rektoru Elxan müəllimin elmi seminarlara qayğısından danışaraq bildirdi ki, seminarın əsas məqsədi yeniliyi olan qabaqcıl tələbələri yaxından tanımaq, onlara bu sahədə köməklik etməkdir. Bu gün sizdə “İqtisadiyyat və idarəetmə” fakültəsində TEC elmi seminarı keçirilir.
Elm və innovasiyalar üzrə prorektor, prof. R.S.Məmmədova verdi. Prof. R.S.Məmmədov seminarda çıxış ederək bildirdi ki, Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Son illər Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atmışdır. Neft kapitalının insan kapitalına çevrilməsi hədəfi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. O eyni zamanda qeyd etdi ki, neft tükənəndir, tükənməyən insanin elmi biliyidir. Gənc nəsil elmə yiylənməli və sonrakı nəsillərə öyrətməlidir. Birinci kursdan kimin elmə həvəsi varsa istiqamətləndirilməli və elmə marağı artırılmalıdır.
Seminarda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı i.e.n., dos. A.Y. Yəhyayeva çıxış edərək bildirdi ki, bu İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən ilk seminardı. O qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində tələbələr üçün çox sağlam mühit yaradılmışdır. Bu gün bunun bariz nümunəsidir ki, tələbələrin elmi məqalələri respublika xaricinə göndərilir. Hər bir tələbənin öz sosial elmi istiqaməti olmalıdır. Tələbələrin bu istiqamətdə inkişafı üçün əlimizdən gələn köməyi göstərməliyik.
Seminarda Bayramov Bəhruz (qr.753) “Əmək və əmək haqqının uçotunun təkmilləşdirilməsi”, Hüseynzadə Gülşən (qr.763)“Sosial-iqtisadi hadisələrin tətqiqində statistik müşahidələrin rolu”, Alıcanov Rəsul (qr.751) “ Azərbaycanda innovasiyanın inkişafı konsepsiyanın işlənməsi”, Hüseynov Aydın (qr.770) “ Azərbaycanda iqtisadi fikrin formalaşması”, Əliyeva nəcimə (qr.773) “ Pul tədavülü və pul sistemi”, Hüseynov Sənan (qr.755) “ İqtisadi əməkdaşlıq ölkələrinin regional münasibətlərinin problemlərinin aradan qaldırılması”, Əliyeva Könül (qr.741) “ Heyetin səmərəli idarə olunması yolları”, Abbaslı Mehrəli (qr.753) “ Əsas vəsaitlər və onların yeni mühasibat uçotu standartlarında tətbiqi”, Məhərrəmova Jalə (qr.770) “ Müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsinin istiqamətləri”, Ağabalayev Taleh (qr.751) “ Menecmentdə işgüzar ünsiyyətin səmərəliliyi”, Şirinova Fidan (qr.755) “ Marketinq tədqiqatlarının biznesdə rolu”, Əliyev Sahil (qr.752) “ İnvestisiya və biznes fəaliyyətində riskin idarəedilməsinin rolu” mövzularında məruzə ilə çıxış etdilər.
Məruzələrdən sonra iştirakçı müəllim və tələbələr çıxış edənlərə suallar verdilər və məruzələr ətrafında maraqlı diskussiyalar aparılırdı.
Növbəti seminarın 04.04.2015-ci il tarixində Mühəndislik fakültəsində keçiriləcəyi qeyd olundu.
Mətbuat xidməti