Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Karyera və Məzunlarla İş Mərkəzi
Karyera və Məzunlarla İş Mərkəzi
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2009-cu il tarixli, 833-IIIQ №-li “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən yaradılmışdır.
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin Əsasnaməsi Sumqayıt Dövlət Universiteti Elmi Şurasının 29.05.2015-ci il tarixli iclasının (pr. № 08) qərarı ilə təsdiq edilmişdir. Karyera Mərkəzi son illərdə fəaliyyət istiqamətlərini genişləndirmişdir. Buna görə də Karyera Mərkəzinin adı və Əsasnaməsi Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 21.12.2022-ci il tarixli iclasının (protokol № 4) qərarı ilə dəyişdirilmişdir. Karyera Mərkəzinin adı Karyera və Məzunlarla İş Mərkəzi adlandırılmışdır.
Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla iş Mərkəzi universitetin struktur bölməsidir və ali təhsilin ikipilləli strukturunda magistrantların və bakalavrların ixtisasyönümlü təcrübəsini təşkil etməli, məzunlara işə düzəlməkdə dəstək göstərməlidir.
Karyera və Məzunlarla iş Mərkəzi öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq, dövlət, özəl və xarici müəssisələrlə bağlanmış sazişlər və müqavilələr əsasında həyata keçirməyi nəzərdə tutur.
Dünya təcrübəsində universitetlərin və eləcə də fakültələrin, kafedraların reytinqinin müəyyən edilməsində məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biri hesab edilir. Karyera və Məzunlarla iş Mərkəzi Sumqayıt Dövlət Universitetində təhsil alan yuxarı kurs tələbələrinin karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verərək, onları iş dünyasına hazırlayır.
Karyera və Məzunlarla iş Mərkəzinin yaradılmasının başlıca məqsədi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, məsləhət, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Hal-hazırda Karyera və Məzunlarla iş Mərkəzinə Əmirbəyova Nəsibə Sirac qızı rəhbərlik edir. Nəsibə Əmirbəyova “Maşın mühəndisliyi” ixtisası üzrə 2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin  bakalavriat, 2010-cu ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Sistemli analiz, idarəetmə və informasiyanın işlənilməsi” ixtisası üzrə dissertantdır. Müxtəlif illərdə AzMİU-da Mexanika və İnormasiya Texnologiyaları fakültəsinin dekan müavini, İnnovativ Biznes İnkubatorun rəhbəri vəzifələrində, “İnformasiya Texnologiyaları və Sistemləri” və “Texnoloji maşın və avadanlıqlar” kafedralarında müəllim kimi çalışmışdır. 2018-ci ildən SABAH qruplarında “İnşaat mühəndisliyi” ixtisasında tədris aparır. Erasmus Mübadilə proqramı ilə Polşanın Bıdqoş Texniki Universitetində və Mövlanə Mübadilə Proqramı ilə Türkiyənin Qazi Universitetində iştirak etmişdir. Ölkənin startap ekosisteminə dəstək mexanizminin qurulması məqsədilə British Council Azərbaycanın Creative Spark layihəsində iştirak etmiş, bu sahədə məlumatlılığın artırılması üçün İngiltərəyə, İRİA-nın dəstəyilə Estoniyaya ezam olunmuşdur. Mentorluğunu həyata keçirdiyi komandalar Elm və Təhsil Naziliyinin “EdTech” startap müsabiqəsində və CSBIC (Creative Spark Big İdea Challange) müsabiqəsində finala yüksəlmişdir.  N. S. Əmirbəyova 1 metodik vəsaitin, 2 fənn proqramı, 14 elmi məqalə (bunlardan biri SCOPUS bazasında nəşr edilmişdir) və  tezisin müəllifidir.
 
KARYERA VƏ MƏZUNLARLA İŞ MƏRKƏZİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:
  • Təhsilalanların elektron məlumat bazasının yaradılması;
  • Karyera günlərinin təşkil olunması;
  • Azərbaycan  Respublikasının ali məktəblərində fəaliyyət göstərən Karyera və Məzunlarla iş Mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi;
  • Təhsilalanların öz potensialını ortaya çıxarması üçün münbit şəraitin yaradılması;
  • Təhsilalanların və məzunların irqi, dini, cinsi, mənşəyi, etnik, dil, əqidə, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq inkişafının təmin edilməsi;
  • Təhsilalanların və məzunların karyera inkişafı istiqamətində maraq və tələbatlarının nəzərə alınması;
  • Təhsilalan və məzunların şəxsi və peşəkar inkişafına dəstək olunması;
  • Təhsilalan və məzunların təcrübə proqramlarında iştirakına dəstək olunması
Karyera və Məzunlarla iş Mərkəzinin fəaliyyətinin əsas istiqaməti yerli və beynəlxalq şirkətlərlə, dövlət müəssisələri ilə əməkdaşlıq etməkdən ibarətdir. Eləcə də universitetə sənaye müəsissələrindən və uğurlu SDU məzunlarından nümayəndələrin dəvət edilməsi, tələbələrlə müxtəlif görüşlərin təşkil olunması istiqaməti Mərkəzin əsas fəaliyyətlərindən sayılır.
Karyera və Məzunlarla iş Mərkəzi təhsilalanların qısa və uzunmüddətli kurslara və təlim proqramlarına cəlb olunmasına, Karyeraya dair tədbirlərin keçirilməsinə, məzunların ixtisaslarına uyğun iş imkanlarının müəyyən edilməsinə və s. kimi məsələlərə dəstək göstərir.
Mərkəzin fəaliyyətini daha da genişləndirmək məqsədilə daima yenilənən “SDU_ Karyera və Məzunlarla iş Mərkəzi” adlı sosial platformalar mövcuddur. Məqsəd məzun və tələbələrin iş axtarışına dəstək olmaq, müxtəlif təlimlər barədə onlara məlumatları yönləndirmək, tələbələr üçün simulyasiya tipli müsahibələrin keçirilməsi barədə məlumatlar ötürməkdən ibarətdir.
  

"Tələbənin Karyera Yol Xəritəsi" 

 
Xəbərlər

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az