Magistratura, doktorantura və elm şöbəsi
Sumqayıt Dövlət Universitetinin doktorantura və magistratura səviyyələrində tədrisin və elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, daha çevik və dinamik sistemin yaradılması məqsədilə Rektorun 22.05.2024-ci il tarixli R-19/1 saylı əmri ilə SDU-nun Doktorantura və magistratura şöbəsi ilə Elmi hissə birləşdirilərək yeni struktur - Magistratura, doktorantura və elm şöbəsi yaradılmışdır.
Sumqayıt Dövlət Universitetinin Rektorunun 04.06.2024-cü il tarixli K-63/2 saylı əmrinə əsasən Magistratura, doktorantura və elm şöbəsinin müdir vəzifəsinə dosent Orucov Samir Kamal oğlu təyin olunmuşdur.

Magistratura, doktorantura və elm şöbəsində 4 əməkdaş çalışır:
Baş metodist – Şahverdiyeva Sevda Sakit qızı
Baş metodist – Məmmədova Şəfaqət Telman qızı
Baş metodist – Məmmədova Ruhiyyə Məmməd qızı
Operator − Allahverdiyeva Şəlalə Sudef qızı
Baş metodist – Məmmədova Şəfaqət Telman qızı
Baş metodist – Məmmədova Ruhiyyə Məmməd qızı
Operator − Allahverdiyeva Şəlalə Sudef qızı
Şöbənin tarixçəsi
Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialı - Ali Texniki Təhsil Məktəbi müstəqil Azərbaycan Sənaye İnstitutuna çevrildikdən sonra 1992-ci ildə burada Aspirantura şöbəsi yaradılmışdır. Aspirantura şöbəsində yalnız 2 ixtisas: texnika və kimya elmləri sahələri üzrə mütəxəssis hazırlığı aparılmışdır.Azərbaycan təhsil sistemində 1997-ci ildə magistr hazırlığı başlandıqdan sonra burada 1998-ci ildə Aspirantura və magistratura şöbəsi yaradılmışdır, 2010-cu ildə isə Doktorantura və magistratura şöbəsi ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli, 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na, 2000-ci ildə Universitet SDU statusunu aldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli, 220 nömrəli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi” barədə fərmanına və Sumqayıt Dövlət Universitetinin rektorunun 19.05.2014-cü il tarixli R-01-26/1 saylı əmrinə əsasən Patent şöbəsinin bazasında Elmi hissə yaradılmışdır.

SDU-da magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlığı aparılan ixtisasları (ixtisaslaşmalar) öyrənmək üçün müvafiq düyməni klik edin: