Tariximiz
Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman əsasında, Sənaye İnstitutunun bazasında yaradılan Sumqayıt Dövlət Universiteti özünəməxsus ənənələri olan ali təhsil müəssisəsidir.
1962-ci ildə ölkənin kimya mərkəzi olan Sumqayıtda yaradılan ali təhsil müəssisəsi yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyacı ödəmək məqsədilə təsis olunub.
2000-ci ildə çoxprofilli kadrların yetişdirilməsi ilə bərabər, elmi-tədqiqat işlərinin sürətləndirilməsini hədəf seçən SDU-da hazırda 6 fakültə (İqtisadiyyat və idarəetmə, Mühəndislik, Təbiət elmləri, Tarix və coğrafiya, Riyaziyyat və Filologiya), 18 kafedra fəaliyyət göstərir. Universitetdə ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri, həmçinin elmlər doktorluğu proqramları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Struktur qurumları ilə komanda olaraq, SDU yüksəkixtisaslı kadrların yetişdirilməsini təmin edəcək təlim-tədris və elmi-tədqiqat işlərinin təşkilini hədəf seçib. Universitetin Strateji İnkişaf Planında əksini tapan məqsədlər sənaye, texnologiya və sosial inkişaf üçün yararlı mütəxəssislər hazırlamaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2016-cı il tarixli, 30 saylı qərarı, həmçinin Elm və Təhsil Nazirliyinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmri ilə Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmiş və hal-hazırda həmin ad altında fəaliyyətini davam etdirir.
SİP-də məqsədə aparan yolların biri də tələbə və məzunların gələcək karyera yüksəlişinin müvafiq təşkilat və müəssisələrlə etdiyi əməkdaşlıqdır. Bu istiqamətdə Universitetimiz “SOCAR POLİMER”, “SOCAR Downstream” MMC, “Sumqayıt Texnologiyalar Parkı” MMC, “AZERTEXNOLAYN” MMC, “Neftqazavtomat EİM” MMC, “GİLTEX” MMC, “Grandmart” MMC, “Atəşgah” Sığorta Şirkəti ASC, “AzərEnerji” ASC, “Rabitə bank” MMC, “Bank Avrasiya” ASC, “Gilan Holdinq”, “AZTELEKOM” MMC Sumqayıt Telekommunikasiya Qovşağı, Sumqayıt “ASAN xidmət” Mərkəzi, “Azərişıq” ASC Nəqliyyat və Logistika Mərkəzi, Mikrobiologiya İnstitutu, Polimer Materialları İnstitutu və digər təşkilatlarla əməkdaşlığı davam etdirir.
SDU öz tələbəyönümlü fəaliyyətini ədalətlilik, şəffaflıq, tələbə mərkəzlilik, bərabərlik, müxtəliflik və inklüzivlik, akademik dürüstlülük, etik dəyərlərə sadiqlik, dayanıqlılıq dəyərləri üzərində qurur.
SDU beynəlxalq və regional reytinqlərdə yüksək nəticələr əldə etməkdə davam edir.
Universitetin 2024/25-ci tədris ilində nüfuzlu beynəlxalq reytinq təşkilatı olan QS-in Avropa Universitetlərinin Reytinqində 483-cü yerdə qərarlaşması bu siyahıda yeni iştirakçı kimi uğurlu debütünü edib. Bu, Qərbi Asiya universitetləri arasında 31-ci, Azərbaycan daxilində ümumi sıralamada 5-ci, ölkənin regional ali təhsil müəssisələri arasında isə ilk QS Beynəlxalq Reytinqinə daxil olan universitet kimi düşməkdir.
SDU UI Greenmetric Dünya Universitetləri Reytinqi 2023-də dayanıqlılıq və ekoloji məsuliyyətə sadiqliyini nümayiş etdirərək 1173-cü yerdə qərarlaşıb. SDU-nun ilk dəfə müraciət etdiyi reytinqdə yer tutması universitet daxilində və onun hüdudlarından kənarda dayanıqlı təcrübələri təşviq etmək səylərini vurğulayır.
Sumqayıt Dövlət Universiteti Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) tamhüquqlu üzvü seçilərək davamlılıq və ətraf mühit liderliyinə sadiqliyini göstərir.