Azərbaycanı kəşf et
Azərbaycana xoş gəlmisiniz!
Biz sizi ecazkar bir diyardan ‒ Azərbaycandan salamlayırıq.
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli, əsrarəngiz flora və faunası var. Azərbaycan qədim mədəniyyət ölkəsidir.
Dini tolerantlıq və müxtəlif sivilizasiyaların məskəni olan Azərbaycan öz tarixi missiyasını davam etdirir, Qərblə Şərqi mükəmməl şəkildə bir arada tutur və doğmalaşdırır.
Əhəmiyyətli məlumat:
Əhali: 10 milyondan çox.
Vaxt: AZT (Azərbaycan vaxtı ilə) UTC/GMT+4 saat.
Beynəlxalq telefon kodu: +994.
Gərginlik: 220V 50Hz
Valyuta: Azərbaycan manatı (AZN)
Dil(lər): Azərbaycan dili (rus, türk və ingilis dilləri də danışılır).
Sumqayıt
Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəridir. 1949-cu ildə Sumqayıta şəhər statusu verilmişdir. Bir zamanlar ona "Gənclik şəhəri" deyirdilər, çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi.
Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Telefon kodu :+994 18
Poçt indeksi :AZ 5000
Nəqliyyat kodu :50
Bakı şəhəri ilə Sumqayıt şəhərini birləşdirən Bakı‒Sumqayıt‒Bakı dairəvi dəmiryol xətti üzrə hərəkət edən əlverişli nəqliyyat vasitəsi olan Bakı‒Sumqayıt qatarı fəaliyyət göstəririr.
Bunlar Azərbaycanda olarkən ziyarət edilməsi tövsiyə olunan yerlərdir.
Qobustan
Gəncədəki şüşə evi
Atəşgah Od məbədi
Şəki Xan sarayı
Şirvan Milli Parkı
Şahdağ Milli Parkı
Qəbələ – Lahıç qəsəbəsi
Qəbələ ‒ “Yeddi gözəl” şəlaləsi
Xəzər dənizi
Hirkan Milli Parkı
Göygöl
Azərbaycanda səyahət haqqında ətraflı məlumatı AzerbaijanTravel saytından əldə edə bilərsiniz. https://azerbaijan.travel/