Maliyyələşdirmə
Ali təhsil müəssisələrinin maliyyələşdirilməsi yeni dövrün tələblərinə uyğun olaraq tənzimlənir. Bu baxımdan universitetdə özünümaliyyələşdirmə forması olaraq maliyyə resurslarından səmərəli istifadənin təşkili mühüm əhəmiyyət kəsb edir. SDU-nun inkişaf strategiyası universitenin öz vəsaiti, əldə etdiyi qrantlar və sponsorların maliyyə dəstəyi ilə həyata keçirilir. Burada vəsaitlərin əldə edilməsi mənbələri bir neçə istiqamətdə formalaşır:
1. Təhsil haqları
2. Qrantlar
3. İnnovativ fəaliyyət olaraq elmi tədqiqatlar əsasında əldə edilən məhsulların kommersiyalaşdırılmasından yaranan gəlirlər
4. Beynəlxalq və milli layihələr üzrə cəlb olunan vəsaitlər
5. Sponsorlar