Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Mühəndislik
Mühəndislik
Mühəndislik fakültəsi
Mühəndislik fakültəsinin əsası 1973-cü ildə Energetika-istehsal proseslərinin avtomatlaşdırılması-mexanika fakültəsinin yaranması ilə qoyulub. Sonralar fakültə Energetika, avtomatika və mexanika, Avtomatika-mexanika, Avtomatika adlandırılmışdır. 2000-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yarandıqdan sonra fakültə Kompüter texnikası və texnologiyaları, 2004-cü ildən isə Kompüter texnikası və informasiya texnologiyaları adlandırılmışdır. 2006-ci ildə Avtomatika və idarəetmə, İnformasiya texnologiyaları, Sənaye, Mexanika, Elektron texnikası, Logistika və nəqliyyat texnologiyaları, Mexatronika və robototexnika və energetikayönümlü mühəndis ixtisaslarının bazasında Mühəndislik fakültəsi yaradılmışdır. Fakültəyə dosent Ulduz Xeyrulla oğlu Ağayev rəhbərlik edir.
Fakültədə 4 ixtisas kafedrası fəaliyyət göstərir:
- İnformasiya texnologiyaları
- Avtomatika və Mexanika
- Energetika
- Kimya mühəndisliyi və ekologiya
Fakültədə 113 nəfərdən ibarət professor-müəllim və tədris-köməkçi heyəti, o cümlədən 4 nəfər professor, 26 nəfər dosent, 34 nəfər baş müəllim (onlardan 9 nəfər fəlsəfə doktoru), 15 nəfər assistent, 5 nəfər tyutor,3 laboratoriya müdiri, 24 nəfər laborant, 2 nəfər preporator çalışır.
Hazırda fakültədə fəlsəfə doktoru proqramı üzrə 5 nəfər doktorant dissertasiya üzərində işləyir.
Tədris əyani və qiyabi formada aparılır. Fakültədə 1699 nəfər tələbə: onlardan 1574 nəfər tələbə bakalavriat (1117 nəfər tələbə əyani şöbədə və 457 nəfər tələbə qiyabi şöbədə) və 125 nəfər magistratura səviyyəsində təhsil alır.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına Avropanın müstəqil akkreditasiya şirkətinin (ASİİN) beynəlxalq sertifikatı verilib:
Bakalavriat səviyyəsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlanır:
1. Kompüter mühəndisliyi
2. İnformasiya texnologiyaları
3. İnformasiya təhlükəsizliyi
4. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
5. Mexatronika və robototexnika mühəndisliyi
6. Energetika mühəndisliyi
7. Elektrik və elektronika mühəndisliyi
8. Mexanika mühəndisliyi
9. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
10. Neft - qaz mühəndisliyi
11. Kimya mühəndisliyi
12. Ekologiya
13. Ekologiya mühəndisliyi
Magistratura səviyyəsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlanır:
1. Elektroenergetika mühəndisliyi (Elektroenergetika, Elektrik şəbəkə və sistemləri)
2. Elektrik mühəndisliyi (Elektrik təchizatı, Sənaye qurğularının və texnoloji
komplekslərinin avtomatikası və elektrik intiqalı, Yüksək gərginliklər texnikası və
fizikası, Elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi)
3. Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Texnoloji proseslərin və istehsalatın
avtomatlaşdırılması)
4. İnformasiya texnologiyaları v ə sistemləri mühəndisliyi (Kibertəhlükəsizlik,
Kibertəhlükəsizlik -SABAH qrupları, İdarəetmədə informasiya sistemləri)
5. Kompüter mühəndisliyi (Kompüter mühəndisliyi, Kompüter mühəndisliyi -SABAH
qrupları)
6. Ekologiya mühəndisliyi (Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli
istifadə olunması)
7. Kimya mühəndisliyi (Əsas üzvi sintezin kimyası v ə texnologiyası, Polimerlərin
kimyəvi texnologiyası)
8. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi (Nəqliyyatda
logistika)
9. Kompüter elmləri (Verilənlərin təhlili (Data analitikası – SABAH qrupları))
Doktorantura səviyyəsindəki ixtisaslar:
3338.01 - Sistemli analiz, idarəetmə və informasiya sistemləri
3337.01 - İnformasiya-ölçmə və idarəetmə sistemləri
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
- İnformasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi
- Avtomatlaşdırılmış layihələndirmə, konstruksiyaetmə, modelləşdirmə və idarəetmə alətlərinin nəzəri və praktiki məsələlərinin işlənməsi
- İstehsal proseslərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması
- İkifazalı mühit mexanikasının nəzəri əsasları və konstruksiya elementlərinin hesablanması
- Alkilaromatik aminlərin və alkilfenolların, oktan ədədini qaldıran efirlərin səmərəli alınma üsullarının tədqiqi və işlənib hazırlanması.
- Neft əsasında alınan sənaye əhəmiyyətli aromatik aminlər və fenolların kimyası və texnologiyası
- Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə mineral turşularda parçalanması və tozşəkilli fosforlu gübrələrin dənəvərləşdirilməsi prosesinin tədqiqi
- Sumqayıt sənaye zonasının boz-qonur torpaqıarının ekoloji qiymətləndirilməsi
- Elektrik təchizatı sistemlərinin yük düyünlərinin, qurğu və elementlərinin etibarlı və səmərəli iş rejimlərini təmin edən üsul və vasitələrin işlənməsi
- Elektromexaniki sistemlərin və onların elementlərinin idarə edilməsi
Fakültədə müasir tələblərə cavab verən 22 tədris laboratoriyası fəaliyyət göstərir:
- Kompüter texnologiyaları və proqramlaşdırma
- İnformasiya texnologiyaları və sistemləri
- Elektron çeviriciləri və ölçmələr
- Avtomatlaşdırma və informasiya texnikası
- Texnoloji ölçmələr və texniki vəsaitlər
- Avtomatik tənzimləmə, rəqəmli idarəetmə sistemləri
- Mexanika, standartlaşdırma və ölçmə texnikası
- Elektrik ölçmə texnikası
- Enerji maşınqayırması
- lstilik texnikası
- Elektrik intiqalı
- Güc elektronikası
- Elektroenergetikanın tədris muzeyi
- Kimya və neft qaz mühəndisliyi
- Yüksək molekullu birləşmələrin texnologiyası
- Ekologiya
- Təbii ehtiyatlardan səmərəli istifadə
- Müəssisələrdə əməkdaşlığın inkişafı istiqamətində universitetlərarası innovasiya şəbəkəsinin yaradılması, videokonfrans zalı.
Xarici ölkələrlə əlaqələrinin genişləndirilməsində fakültənin özünəməxsus yeri var. Fakültənin əməkdaşları TEMPUS, ERASMUS+, PETRA beynəlxalq layihələri çərçivəsində Almaniyanın Berlin Texniki Universitetində, Hollandiyanın Twente Universitetində, Türkiyənin Gazi Universitetində, Bolqarıstanın Varna Texniki Universitetində, İspaniyada ixtisasartırmada iştirak etmişlər. Fakültədə Sistemli analiz, idarəetmə və informasiya sistemləri, İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri almaq üçün dissertasiya müdafiə şuraları, həmçıinin Tələbə Elmi Cəmiyyəti, Tələbə Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Azad Həmkarlar Təşkilatı fəaliyyət göstərir.
 

 

Mühəndislik fakültəsinin kafedraları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az