Tibb xidməti
Sumqayıt Dövlət Universitetində əməkdaş və tələbələrin sağlamlığının qorunması ilə əlaqədar ödənişsiz tibb məntəqəsi fəaliyyət göstərir.
Tibb məntəqəsi tərəfindən aşağıdakı xidmətlər göstərilir:
- ilkin təcili tibbi yardım göstərilməsi;
- zəruri hallarda əməkdaş və tələbələrin müayinə edilməsi və müalicə olunması üçün müvafiq xəstəxanalara yönləndirilməsi;
- mütəmadi olaraq universitetin əməkdaş və tələbələri arasında sanitar-gigiyenik maarifləndirmənin həyata keçirilməsi, xəstələnmənin qarşısının alınması və azadılması üzrə profilaktik tədbirlərin görülməsi;
- yoluxucu xəstəliklərin müəyyən olunması;
- sağlam həyat tərzinin formalaşması üzrə tövsiyələrin verilməsi.
Tibb xidməti həftənin beş iş günü, saat 09:00-dan 15:30-a kimi göstərilir.
Ünvan: SDU Əsas tədris binası (otaq № 121)