Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tədris Metodiki Mərkəzi
Tədris Metodiki Mərkəzi
 
Tədris Metodiki Mərkəz Sumqayıt Dövlət Universitetinin (SDU) tədris metodiki fəaliyyətinin təşkili və inkişaf etdirilməsini təmin edən struktur bölmədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, SDU-nun Nizamnaməsini, Strateji İnkişaf Planını və mərkəzin Əsasnaməsini rəhbər tutur. Mərkəz SDU-nun bütün struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
 
 
Mərkəzin əsas məqsəd və vəzifələri:
 
- dövlət təhsil standartlarına uyğun şəkildə tədris prosesinin təşkili və idarə olunmasına nəzarət;
- universitetin tədris planları, proqramları və tədris materiallarının hazırlanmasında metodiki dəstəyin göstərilməsi və tədris prosesinin normativ-hüquqi bazasının işlənməsində iştirak;
- tədris prosesinin keyfiyyətini yüksəltmək üçün metodiki tövsiyələrin hazırlanması və tətbiqi;
- universitetin tələbə qəbulu planının işlənib hazırlanmasında iştirak;
- kafedralar üzrə tədris yüklərinin həcminin hesablanmasına nəzarət və təsdiqi;
- universitetin tədris planlarının, proqramlarının və tədris materiallarının hazırlanmasında metodiki dəstəyin göstərilməsi;
- tədris prosesində müasir metodların tətbiqini təşviq etmək və bu istiqamətdə müəllimlərə metodik yardım göstərmək;
- yüksək keyfiyyətli təhsil, təlim və qiymətləndirilmənin müasir metodlarının təqdim olunması və təlim və tədris istiqaməti üzrə akkreditasiya üçün özünütəhlil göstəricilərinin hazırlanması;
- dövlət nümunəli sənədlərin (akademik arayış, diplom, diploma əlavə və s.) hazırlanması və təsdiqi;
- tələbə hərəkətinin (universitetə qəbul, xaric olunma, köçürülmə, akademik məzuniyyət, bərpa, mübadilə və s.) izlənilməsi, tədris prosesinə dair təqdim edilmiş sənədlərin əmrləşdirilməsi;
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin elektron sistemlərində (ATİS, DTS, Tələbə-Məzun) universitetə aid məlumatların daim yenilənməsi və lazımi məlumatların təsdiqinin həyata keçirilməsi;
- Karyera və məzunlarla iş mərkəzi və fakültələrlə birgə təcrübələrin təşkili və keçirilməsinin təmin olunması;
- imtahan sessiyasının təşkili və keçirilməsinin təmin olunması;
- universitetin müəllim heyətinin metodiki səviyyəsinin yüksəldilməsi üçün müntəzəm təlim və seminarların təşkil edilməsi;
- imtahan sessiyasının təşkili və keçirilməsinin təmin olunması;
- Yekun Dövlət Attestasiyasının keçirilməsi üçün Dövlət Attestasiya Komissiyaları, Təcrübə hesabatlarının qəbulu və müdafiəsinin təşkili üçün Təcrübə komissiyalarının formalaşdırılması və hesabatlılığının təmin edilməsi;
- tədris prosesinin təşkilində yaranan problemlərin təhlili və onların aradan qaldırılması üçün təkliflər irəli sürmək.
 
 
Mərkəzin əsas funksiyaları:
 
- tədris proqramlarının və tədris materiallarının metodiki cəhətdən təkmilləşdirilməsi,
- universitetin müəllim heyətinin metodiki hazırlığının yüksəldilməsi məqsədilə tədris vəsaitləri və metodiki tövsiyələr hazırlanması,
- tədris prosesinin səmərəliliyini artırmaq üçün müasir təlim metodlarının və texnologiyalarının tətbiqi,
- universitetin tədris prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün müəllimlərə fərdi məsləhətlərin verilməsi,
- müxtəlif fənlər üzrə metodiki seminarların və açıq dərslərin təşkili.
 
Mərkəzin hüquqları:
 
- akademik təqvimin gözlənilməsi və tədris prosesinin gedişinə bilavasitə nəzarət etmək;
- universitetin bütün struktur bölmələrindən tələb olunan məlumatları almaq və tədris prosesinin təşkilində iştirak etmək;
- təhsilalanlar, müəllim və struktur bölmələrdən tədris prosesi və onun təmin olunması üzrə normalara əməl etmələrini tələb etmək;
- tədris prosesinə nəzarət və analiz, metodiki işlər, kadr heyəti, həmçinin statistik hesabatların tərtibi üçün struktur bölmələrdən məlumat və materiallar tələb etmək;
- dekanlıqlar və kafedralarda tədris sənədlərinin işlənməsi və saxlanması işinə nəzarət, bununla bağlı müvafiq strukturlarda vaxtaşırı sahə baxışı həyata keçirmək;
- tədris prosesinin keyfiyyətini yüksəltmək üçün lazımi tədbirlərin görülməsi ilə bağlı rektorluğa təkliflər vermək;
- universitetin müxtəlif fakültələri və kafedraları ilə birgə metodiki işlər təşkil etmək və həyata keçirmək;
- xarici tədris metodik mərkəzləri ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
- TMM işçilərinin yerdəyişməsi, təyinatı, onların mükafatlandırılması və ya cəzalandırılması üçün universitet rektoruna təqdimatlar vermək.
Mərkəzin işçi heyəti direktor, baş mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis və operatordan ibarətdir. Mərkəzin idarə edilməsi Mərkəz direktoru tərəfindən həyata keçirilir. Direktor Mərkəzin fəaliyyətini təşkil edir, planlaşdırır, nəzarət edir və əməkdaşların peşəkar inkişafına dəstək verir. 2024-cü ildən Mərkəzə dosent Osman Yusif oğlu Hacıyev rəhbərlik edir. O.Y.Hacıyev 2004-cü ildə Bakı Dövlət Universitetinin Fəlsəfə ixtisasını bakalavriat səviyyəsi üzrə, 2006-cı ildə isə həmin universitetin Sosial fəlsəfə ixtisaslaşmasını magistratura səviyyəsi üzrə bitirmişdir. 2018-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2024-cü ildə dosent elmi adı almışdır. Dos.O.Y.Hacıyev 60-a qədər elmi əsərin, o cümlədən, 7-i xaricdə olmaqla 50 məqalə və tezis, 5 tədris proqramı, 2 metodik vəsait, Fəlsəfə adlı 1 dərs vəsaitinin müəllifidir. Fəaliyyəti müddətində müxtəlif yerli və beynəlxalq əhəmiyyətli Qurultay və Konfranslarda iştirak etmiş, ixtisası ilə yanaşı, təhsilin məzmunu və qiymətləndirilməsilə bağlı təklif və tezislərlə çıxışlar etmişdir. O.Y.Hacıyev 2017-ci ildə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı, 2022-ci ildə Qabaqcıl Təhsil İşçisi Döş Nişanı, 2024-cü ildə Sumqayıt şəhərinin ictimai həyatında fəal iştirakına və şəhərin 75 illiyi münasibətilə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az