Təsərrüfat şöbəsi
Universitetin təsərrüfat şöbəsində 84 nəfərdən ibarət işçi heyəti çalışır.
Təsərrüfat şöbəsinin müdiri – Sofiyev Rafiq.
Komendatlar: Nəzərova Nabatxanım (1-ci korpus), Ağayeva Səfurə (2-ci korpus), Eyvazova Şəfiqə (3-cü korpus).
Xadimələr – 36 nəfər: sürücü – 5 nəfər, bağban – 2 nəfər, telefonçu – 3 nəfər.
Sanitar-gigiyenik işlər, həyətyanı təmizlik və abadlıq işləri, yerin bellənməsi, ağacların əkilməsi, yaşıllıqların qorunması, universitetin təmizlik işlərinə nəzarət Təsərrüfat şöbəsinin əsas vəzifəsidir. Təsərrüfat şöbəsində universitetin təhlükəsizliyinə nəzarət edən 18 nəfərdən ibarət mühafizə heyəti çalışır.
Texniki istismar şöbəsi.
Universitetin avadanlıq və resurslarının (su, qaz, işıq, avadanlıqlar) qənaətli və davamlı işlədilməsinə birbaşa cavabdehlik daşıyır. Həmçinin universitetdə aparılan təmir, tikinti işləri də bu şöbənin nəzarəti altındadır.
Şöbə aşağıdakı işçilərdən ibarətdir:
baş mexanik − Quliyev Tofiq
mühəndis − Əhmədov Elxan
mühəndis –Bayramova Bahar
baş energetik – Həşimov Fəxrəddin
energetik – İbrahimov Təbriz
həmçinin 7 nəfərdən ibarət fəhlə heyəti.
Təchizat şöbəsi: şöbə müdiri − Əliyeva Mətanət
Təchizat şöbəsi mal və inventarların alınması və sənədləşdirilməsi, şöbələrə paylanılması işlərinə nəzarət edir.
Şöbədə Abdullayev Yasin iş icraçısı, Qasımova Hicran anbardar vəzifəsində çalışırlar.
Hər üç bölmə birgə fəaliyyət göstərir, abadlıq, yenidənqurma və təsərrüfat işlərinin müasir tələblərə uyğun aparılması istiqamətində səylə çalışırlar.