Təbiət elmləri fakültəsi 1973-cü ildə Kimya-texnologiya və energetika fakültəsinin bazasında yaradılmışdır. 2001-ci ildən 2010-cu ilə qədər Kimya fakültəsi kimi fəaliyyət göstərmiş, 2010-cu ildən Kimya və biologiya fakültəsi, 2024-cü ildən isə Təbiət elmləri fakültəsi olaraq adlandırılmışdır. Fakültənin ilk dekanı (1973-1976) dos. Ş.M.Novruzov olmuşdur. Sonradan, müxtəlif illərdə fakültəyə dos. Z.F.Məmmədov (1976-1979; 1981-1983), dos. Q.K.Bayramov (1979-1980), dos. H.Q.Eminov (1983-2003), prof. Q.Ə.Ramazanov (2003-2010), dos. Ə.H.Qədimov (2010-2014) və dos. M.M.Muradov (2014-2023) rəhbərlik etmişlər. 2023-cü ildən etibarən fakültə dekanı dosent Rəşad Allahverdi oğlu Səlimovdur. Hazırda, fakültədə 71 nəfər professor-müəllim və 26 nəfər texniki-köməkçi heyət olmaqla, 97 əməkdaş çalışır. Onlardan 1-i AMEA-nın müxbir üzvü, 2-si elmlər doktoru, professor; 35-i fəlsəfə doktoru, dosent; 19 nəfər baş müəllim, 14 nəfəri assistent, 26 nəfər isə tədris köməkçi heyət kimi fəaliyyət göstərir.
Fakültədə tədris sadəcə əyani formada aparılır. Tədris dili, əsasən, Azərbaycan dilidir. 2024-2025-ci tədris ilindən etibarən Kimya müəllimliyi ixtisasında ingilis dilində də tədris aparılmağa başlanmışdır. Hazırda fakültədə 8 bakalavr, 16 magistr ixtisası üzrə ümumilikdə 886 tələbə təhsil alır. Onlardan 793 nəfər bakalavriatura və 93 nəfər isə magistratura pilləsində təhsil alır. həmçıinin Tələbə Elmi Cəmiyyəti, Tələbə Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Azad Həmkarlar Təşkilatı fəaliyyət göstərir.
Fakültədə aşağıdakı ixtisas kafedraları fəaliyyət göstərir:
1. Biologiya kafedrası
2. Fizika kafedrası
3. Kimya kafedrası
4. Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrası
Ali təhsilin bakalavriat səviyyəsi üzrə kadr hazırlanan ixtisaslar:
Kimya müəllimliyi (azərbaycan və ingilis dili bölməsi), Kimya, Biologiya müəllimliyi, Biologiya, Kimya və biologiya müəllimliyi, Fizika müəllimliyi, Fizika, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
Ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlanan ixtisaslar və ixtisaslaşmalar:
060104 - Fizika müəllimliyi
- Fizika fənninin tədrisi metodikası və metodologiyası
060109 - Biologiya müəllimliyi
- Biologiya fənninin tədrisi metodikası və metodologiyası
060110 - Kimya müəllimliyi
- Kimya fənninin tədrisi metodikası və metodologiyası
060503 - Fizika
- İstilik fizikası və molekulyar fizika
- Yarımkeçiricilər fizikası
- Yarımkeçirici cihazlar və mikroelektronika
- Atom və molekul fizikası
060504 – Kimya
- Üzvi kimya
- Elektrokimya
- Neft kimyası
- Qeyri-üzvi kimya
- Fiziki kimya
- Yüksək molekullu birləşmələr kimyası
060505 – Biologiya
- Genetika
- Mikrobiologiya
- Mikologiya