Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Biologiya
Biologiya kafedrası 2002-ci ildə Təbiətşünaslıq kafedrası adı ilə fəaliyyətə başlamışdır. Kafedranın yaradılmasında əsas məqsəd universitetin bütün ixtisaslarında müasir təbiətşunaslığın konsepsiyaları fənnini tədris etməklə yanaşı, biologiya və coğrafiya istiqamətlərini yaratmaqdan ibarət olmuşdur. Kafedranın təşkilində prof. Ə.B.Məmmədov, dos. V.S.İsmayılov, dos. R.İ.Bəşirov fəal iştirak etmişlər. Kafedranın ilk rəhbəri isə dos.V.S.İsmayılov olmuşdur. 2005-ci ildən kafedranın adı dəyişdirilmiş və Ümumi biologiya və təbiətşunaslığın əsasları adlandırılmışdır. 2007-ci ildə Ümumi biologiya və təbiətşünaslığın əsasları kafedrası Ümumi biologiya kafedrası adlandırılıb və onun bir hissəsi isə ayrılaraq, Eksperimental biologiya kafedrası adı altında fəaliyyət göstərmişdir. Ümumi biologiya kafedrasına dos. R.İ.Bəşirov, Eksperimental biologiya kafedrasına dos. Ə.H.Qədimov rəhbərlik etmişlər. 2009-cu ildə Ümumi biologiya, Eksperimental biologiya və Kimya və biologiyanın tədrisi metodikası kafedralarının nəzdində Biologiya və coğrafiyanın tədrisi metodikası kafedrası yaradılmış və həmin kafedraya A.Y. Baxşalıyev rəhbərlik etmişdir. 2010-cu ildə Ümumi biologiya kafedrası Zoologiya, Eksperimental biologiya kafedrası isə Botanika kafedrası adlandırılmışdır. Zoologiya kafedrasına dos. N.R.Namazov, Botanika kafedrasına dos. A.Q.Qarayeva rəhbərlik etmişdir. 2013-cü ildə Zoologiya və Biologiya və coğrafiyanın tədrisi metodikası kafedraları birləşərək, Biologiyanın tədrisi və zoologiya kafedrası adlandırılmış və kafedraya A.Y.Baxşalıyev rəhbərlik etmişdir. 2013-cü ildən isə Elmi Şuranın qərarı ilə kafedranın adı dəyişdirilərək Zoologiya və insan fiziologiyası kafedrası adlandırılmışdır. Elmi Şuranın 29.03.2017-ci il tarixli qərarına əsasən Zoologiya və insan fiziologiyası kafedrası ilə Botanika kafedraları birləşdirilərək, Biologiya və onun tədrisi metodikası kafedrası, 2024-cü ildən isə kafedra Biologiya kafedrası adlandırılmışdır. Hazırda kafedraya dosent Arzu Yelmar oğlu Baxşalıyev rəhbərlik edir.

Kafedrada 2 professor, 14 dosent, 6 baş müəllim, 1 assistent və 5 nəfər tədris-köməkçi heyət fəaliyyət göstərir.
1. Baxşalıyev Arzu Yelmar – kafedra müdiri, 0,5 ştat dosent
2. Səlimov Rəşad Allahverdi – dekan, 0,5 ştat dosent
3. Hüseynov Elvin Vidadi - dekan müavini, 0,5 ştat baş müəllim
4. Muradov Pənah Zülfüqar – AMEA-nın müxbir üzvü, b.e.d., 0,5 ştat professor
5. Namazov Nizami Rza – b.e.d., professor
6. Həsənov Xanəhməd Əbilhəsən – b.f.d., dosent
7. Sultanova Natella Həsənxan - b.f.d., 0,5 ştat dosent
8. Hüseynov Rafiq Əzizağa - b.f.d., dosent
9. Məmmədova Hüsniyə Qara - b.f.d., dosent
10. Axundova Sevil Məhərrəm - b.f.d., dosent
11. Bünyatova Lalə Novruz - b.f.d., dosent
12. İsayeva Kəmalə Kamaləddin - b.f.d., dosent
13. Həsənova Arzu Rəsul - b.f.d., dosent
14. Qəhrəmanova Aidə Yarış - b.f.d., dosent
15. Əlizadə Kəmalə Seyfəddin - b.f.d., dosent
16. Ağayeva Zərbab Təvəkgül - b.f.d., dosent
17. Azadəliyeva Səadət Fəzahim - b.f.d., dosent
18. Yunusov Taleh Məmmədşah - b.f.d., 0,5 ştat baş müəllim
19. Əliyev Fikrət Tofiq - b.f.d. baş müəllim
20. Ağayeva Aysel Nuhbaba - b.f.d., baş müəllim
21. Məmmədova Mehriban Yusif – baş müəllim
22. Əliyeva Gülnar Rəhim – b.f.d., baş müəllim
23. Əhmədova Aynur Barat - b.f.d., assistent
24. Bağırova Çinarə Ziyafət qızı – b.f.d., laboratoriya müdiri
25. Bədirova Arzu İnşalla qızı – b.f.d., laborant
26. Həşimova Pərvin Mirdamət qızı- laborant
27. Zeynalova Nigar Hamlet qızı – laborant
28. Hüseynova Zinyət Fərman qızı – preparator
Hazırda, kafedrada 29 magistrant elmi-tədqiqatlarla məşğul olur.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris olunan fənnlər:
1. Ali bitkilər
2. Anatomiya
3. Ali sinir fəaliyyəti və sensor sistemin fiziologiyası
4. Biofizika
5. Bioinformatika
6. Biokimya
7. Biokimya və molekulyar biologiya
8. Biologiya
9. Biologiyanın tədrisi metodikası
10. Bioloji elmlər üçü riyaziyyat və biostatistika
11. Bioloji sistemlərin fizikası
12. Biomüxtəliflik
13. Biotexnologiya
14. Bitki fiziologiyası
15. Bitkilərin anatomiyası və fiziologiyası
16. Bitkilərin morfologiyası və anatomiyası
17. Çöl tədqiqat metodları
18. Ekologiya
19. Ekoloji genetika
20. Enzimologiya
21. Fərdi inkişaf və təkamül
22. Genetika
23. Genetika və seleksiya
24. Heyvan ekologiyası
25. Histologiya
26. İbtidai bitkilər və göbələklər
27. İnsan və heyvan fiziologiyası
28. Məktəb biologiya kursunda laboratoriya məşğələləri
29. Mikrobiologiya
30. Molekulyar biologiya
31. Mərkəzi sinir sistemi anatomiyası və fiziologiyası
32. Neyrobiologiya
33. Onurğalı heyvanlar
34. Onurğalılar zoologiyası
35. Onurğasız heyvanlar
36. Onurğasızlar zoologyası
37. Parazitologiya
38. Pediatriya və gigiyenanın əsasları
39. Psixofiziologiya
40. Sitologiya
41. Sitologiya və histologiya
42. Təkamül təlimi
43. Uşaq anatomiyası, fiziologiyası və gigiyenası
44. Yaş fiziologiyası və məktəb gigiyenası
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris olunan fənnlər:
060505 – Biologiya ixtisas qrupları üzrə

1. Akademik yazı
2. Bioetika və biotəhlükəsizlik
3. Biologiyanın müasir problemləri
4. Biologiyanın tarixi və metodologiyası
5. Biostatistika
6. Bitkilərin seleksiyası
7. Böyük ixtisas təcrübəsi
8. Fərdi inkişafın genetikası
9. İnsan genetikası
10. Maya göbələklərinin biologiyası
11. Mikrobiologiyanın tədqiqat üsulları
12. Mikroorqanizmlərin becərilmə metodları
13. Mikroorqanizmlərin biokimyası və fiziologiyası
14. Mikroorqanizmlərin genetikası
15. Mikroorqanizmlərin müxtəlifliyi və filogeniyası
16. Molekulyar genetika
17. Molekulyar tədqiqat üsulları
18. Qida və sənaye mikrobiologiyasının əsasları
19. Tədqiqat metodları
20. Tətbiqi mutagenez
060109 – Biologiya müəllimliyi ixtisası üzrə
21. Biologiyanın öyrənilməsində iqtisadi, ekoloji təhsil və tərbiyə
22. Biologiyanın tədrisi metodikasının müasir problemləri
23. Biologiyanın tədrisi metodikasının tarixi və metodologiyası
24. Biologiyanın tədrisində anlayışlar və strategiyalar
25. Biologiyanın tədrisində təbiət elmləri arasında əlaqənin rolu
26. Biologiyanın tədrisində təcrübə dizaynı
27. Biologiyanın tədrisində yeni təlim metodları
28. Təbiət və biologiya fənlərinin təlimində Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi və XXI əsr bacarıqları
29. Təbiət və biologiya fənn kurikulumlarının elmi-nəzəri əsasları
30. Təhsildə tədqiqat metodları və akademik etika
Kafedranın tədris-metodiki və elmi fəaliyyəti:
Kafedra əməkdaşları tərəfindən 1 monoqrafiya, 9 dərs vəsaiti, 150-dən çox elmi məqalə və məruzə tezisləri, o cümlədən 25 elmi məqalə xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuşdur.
Kafedra üzrə son 5 ildə 54 fənn proqramı, o cümlədən, 15 fənn proqramı Elm və Təhsil Nazirliyinin qrifi ilə, 29 fənn proqramı Universitet Elmi Şurasının qrifi ilə çap olunmuş, 200-dən çox sillabus hazırlanmışdır.
Biologiya kafedrasının əməkdaşlarının Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Baytarlıq Elmi Tədqiqat İnstitutu, ARETN Botanika, ARETN Zoologiya və ARETN Mikrobiologiya İnstitutları, Perm Tədqiqat Texniki Universiteti, Pskov Dövlət Universiteti ilə elmi əlaqələri vardır.
Kafedra əməkdaşlarından 2 nəfər Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 nəfər 2022-ci ilin noyabr ayında Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibəti ilə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür. Bir nəfər əməkdaş isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (əvvəlki Təhsil Nazirliyi) tərəfindən “Fəxri Fərman” və “Diplom”la mükafatlandırılmışdır. “Sabahın alimləri” XII Respublika Müsabiqəsi Elmi ekspertiza komissiyasının sədri Dos. R. Səlimov müsabiqənin təşkilində və keçirilməsində səmərəli fəaliyyətinə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az