Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün sahələrində olduğu kimi yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa, Azərbaycan elminin və təhsilinin inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gətirib çıxarmışdır. Sumqayıt Dövlət Universitetində də bu istiqamətdə işlər yüksək səviyyədə aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildə universitetin tarixində ilk dəfə olaraq Sumqayıt Dövlət Universiteti nəzdində 3337.01 – “İnformasiya – ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)” və 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün FD.02.193 - Dissertasiya Şurası yaradılmış və müvəffəqiyyətlə fəaliyyət göstərmişdir. Bu uğurun davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 27.12.2019- cu il tarixli (protokol 14-R) qərarı ilə Sumqayıt Dövlət Universiteti nəzdində 6 ixtisas üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya Şuraları yaradılmışdır: FD2.23 Dissertasiya şurası (2306.01 – “Üzvi kimya”, 2314.01 – “Neft kimyası” ixtisasları üzrə) və FD 2.25 Dissertasiya Şurası (3337.01 –“İnformasiya-ölçmə və idarəetmə sistemləri”, 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə). Qeyd olunan dissertasiya şuralarının fəaliyyət müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15 mart 2024-cü il tarixli (№3-50/3-1-1-65/2024) qərarı ilə Sumqayıt Dövlət Universitetinin nəzdində 5706.01 – “Azərbaycan dili” və 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə Filologiya elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün, qeydiyyat nömrəsi FD2.24 olan Dissertasiya Şurası yaradılmışdır.
1.
|
Bayramov Astan Əhmədxan oğlu
(sədr )
|
filologiya elmləri doktoru, professor
|
2.
|
Eminli Böyükxanım İbrahim qızı
|
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
|
3.
|
Hacıyeva İlhamə Həbib qızı
|
filologiya elmləri doktoru, professor
|
4.
|
Məmmədov Ramazan Salam oğlu
|
filologiya elmləri doktoru, professor
|
5.
|
Paşayeva Günel Baxşeyiş qızı
|
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
|
6.
|
Rüstəmov Əzəmət Murtuza oğlu
|
filologiya elmləri doktoru, dosent
|
1.
|
İsgəndərova Nigar Vəliş qızı
(sədr)
|
filologiya elmləri doktoru, dosent
|
2.
|
Rəfiyeva Afət İlyas qızı (elmi katib)
|
filologiya elmləri üzrə fəlsəfə doktoru
|
3.
|
Həmzəyeva Sevinc Səyyad qızı
|
filologiya elmləri namizədi, dosent
|
4.
|
Hüseynova Arzu Hüseyn qızı
|
filologiya elmləri doktoru, dosent
|
5. | Məmmədova Törə Kamal qızı | filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent |
6.
|
Nəcəfova Mərziyyə Allahyar qızı
|
filologiya elmləri doktoru, dosent
|