Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İnformasiya Texnologiyaları şöbəsi
İnformasiya Texnologiyaları şöbəsi
 
İnformasiya Texnologiyaları Şöbəsi universitetin IT infrastrukturunun idarə olunmasını təmin edən əsas struktur bölmələrdən biridir. Şöbə universitetin təhsil və inzibati fəaliyyətini texnoloji baxımdan dəstəkləyir, müasir informasiya texnologiyalarının tətbiqini həyata keçirir və innovativ layihələrin icrasına nəzarət edir.

 

 

Şöbənin Fəaliyyəti:

· Universitetin IT infrastrukturunun idarə edilməsi və modernləşdirilməsi

· Yüksək parametrlərə malik kompüter laboratoriyalarının idarə olunması və onların daim yenilənməsi

· İnternet şəbəkəsinin düzgün idarə olunması, yüksək sürətli və stabil bağlantının təmin edilməsi

· Dərs və tədris prosesində IT həllərinin tətbiqi və təşkilati dəstək göstərilməsi

· Universitet ərazisində kamera nəzarət sisteminin idarə olunması və təhlükəsizliyin təmin edilməsi

· Turniket sisteminin idarə olunması və giriş-çıxış proseslərinin optimallaşdırılması

· Bütün kompüterlərin vahid sistem altında idarə olunması, mərkəzləşdirilmiş sistemin qurulması və monitorinqi

· Problemlərin e-poçt vasitəsilə qəbul edilməsi və operativ texniki dəstəyin göstərilməsi

· Universitetin korporativ e-poçt sisteminin idarə olunması və təhlükəsizliyinin təmin edilməsi

· Universitetin rəsmi veb-saytına texniki nəzarət və yenilənmələrin həyata keçirilməsi

· Konfrans və tədbirlər zamanı texniki dəstəyin göstərilməsi və avadanlıqların sazlanması

IT Şöbəsinin Əhəmiyyəti və Əhatə Dairəsi:

İnformasiya Texnologiyaları Şöbəsi universitetin rəqəmsal infrastrukturunun əsas dayağıdır. Tədris, inzibati və təhlükəsizlik sistemlərinin fasiləsiz işləməsi üçün şöbə daim yenilikçi həllər tətbiq edir və texnoloji modernizasiya işləri aparır. Universitetin 3 tədris korpusu və yataqxanası daxil olmaqla, bütün ərazidə IT dəstəyini təmin edən komanda olaraq, müasir təhsil və idarəetmə proseslərinin texnoloji cəhətdən optimal şəkildə həyata keçirilməsinə xidmət edirik. İnformasiya Texnologiyaları Şöbəsi tədris və inzibati fəaliyyətlərin effektivliyini artırmaqla yanaşı, universitetin rəqəmsal transformasiya strategiyasının həyata keçirilməsində mühüm rol oynayır.

 

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az