Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elmi kitabxana
Elmi kitabxana
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir
 
                                                                                                                      Heydər Əliyev
 
Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqimizin yaratdığı qiymətli tarixi–mədəni, ədəbi–bədii və elmi–fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır.
Azərbaycan Respublikasının “Kitabxana işi haqqında Qanunu”nda deyildiyi kimi, kitabxana elm, informasiya, mədəniyyət, təhsil müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistematik ifadəsini təşkil edən cəmiyyət, intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.
Bu gün geniş informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana fəaliyyət göstərir. Bu kitabxanalar içərisində ali təhsil müəssisələrinin kitabxananları, o cümlədən Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanası xüsusi yer tutur.
Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanası 1966-cı ildən Məşədi Əzizbəyov adına Neft-Kimya İnstitutunun filialı kimi işə başlamış, 1975-ci ildən Azərbaycan Sənaye İnstitutunun, 2000-ci ildən isə Sumqayıt Dövlət Universitetinin kitabxanası kimi fəaliyyət göstərir. 2014-cü ildən SDU-nun Elmi şurasının 28 fevral 2014-cü il tarixli iclasının qərarı ilə Elmi kitabxana kimi fəaliyyətinini davam etdirir.
Məqsədi:
a) Elmi kitabxana ali məktəbin aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris edən, elmi-metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən, bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.
b) Elmi kitabxana öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu, “Kitabxana işi haqqında Qanun”unu, Dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, tərkibində olduğu ali məktəbin əmr və sərəncamlarını rəhbər tutur.
Vəzifəsi:
1) Tələbə, bakalavr, magistrant, doktorant, elmi işçi, professor-müəllim heyəti və universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana, məlumat-biblioqrafiya xidməti göstərmək;
2) Universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı, yeni informasiya texnologiyasına keçmək, informasiya mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-biblioqrafiya aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq.
SDU-nun Elmi kitabxanası kitab fondunun komplektləşdirilməsini ixtisaslara uyğun təşkil edir.
Elmi kitabxana oxuculara kitab fondundan daha səmərəli şəkildə istifadə etməkdə kömək edir, professor-müəllim heyətini, doktorant, magistrant, tələbələri dərslik, dərs vəsaitləri, metodik göstərişlər, jurnallar və onların elektron variantları ilə təmin edir.
Ümumi sahəsi 508 m2 olan Elmi kitabxananın 15 nəfər əməkdaşı var.
2004-cü ildən bu günədək Əmrahova Nailə Nağı qızı Elmi kitabxananın müdiri vəzifəsində çalışır.
1. Elmi kitabxanada 4 şöbə fəaliyyət göstərir:
1. Komplektləşdirmə və kitabişləmə şöbəsi
2. Məlumat-biblioqrafiya şöbəsi
3. Xidmət şöbəsi (abonement və oxu zalı)
4. Bədii ədəbiyyat şöbəsi
2. Elmi kitabxananın əməkdaşları:
1. Komplektləşdirmə və kitabişləmə şöbəsində Mehriban Hüsenova şöbə müdiri,
Sevinc Əliyeva kitabxanaçı;
2. Məlumat-biblioqrafiya şöbəsində Rəqsanə Əbdürəhmanova şöbə müdiri,
Nazirə Novruzova kitabxanaçı;
3. Xidmət şöbəsinin abonement bölməsində Nərminə İsgəndərova böyük kitabxanaçı,
Ülkər Ramazanova biblioqraf;
Oxu zalında Xatirə Əliyeva baş kitabxanaçı, Səbiqə Mirzəyeva kitabxanaçı;
4. Bədii ədəbiyyat şöbəsində Sevinc Məmmədova şöbə müdiri, Təhminə Ağakişiyeva kitabxanaçı;
5. Elektron kitabxana ilə oxuculara xidmətdə Şəhla Rzayeva kitabxanaçı;
6. Skaner aparatı ilə kitabların skan olunmasında Sevinc Cəlilova böyük biblioqraf,
Turan Məmmədova kitabxanaçı.
Universitetin 3-cü korpusunda olan kitabxanada xidmətdə Nabat Hacıyeva
3. Elmi kitabxananın fondu:
Ümumi fond -160896                                   Elmi ədəbiyyat-34799
Kitablar - 127634                                       Tədris ədəbiyyatı-85863
Metodik göstərişlər- 9281                           Bədii ədəbiyyat-28636
Jurnallar -  20208                                        İctimai-siyasi ədəbiyyat-8844
Avtoreferat - 1979                                     Xarici ədəbiyyat-2654
Magistr dissertasiyaları – 1237   
Doktorluq dissertasiyaları – 28                   Azərbaycan ədəbiyyatı -81536
Elektron  disklər – 529                               Rus ədəbiyyatı –79360
Müasir kompüter avadanlığı ilə təchiz olunmuş və internet şəbəkəsinə qoşulmuş Elmi kitabxanada elektron kitabxana da fəaliyyət göstərir. Elektron kitabxananın bazasında 27048 nüsxə latın qrafikası ilə olan 5191 adda ədəbiyyatdan 3198 adda ədəbiyyatın inventar nömrəsi sistemə daxil edilmişdir. 340 adda ədəbiyyat pdf formasında sistemə salınıb. Kitabxanaya verilmiş skan aparatı ilə 300 adda kitab da skan olunub elektron kitabxananın bazasına yerləşdirilib. Elektron kataloq yaradılıb və bununla əlaqədar işlər davam etdirilir. Oxucu kartoçkaları da proqrama salınır və kompüter vasitəsilə oxuculara xidmət olunacaq. Elmi kitabxananın üzvü olan SDU-nun tələbə, professor-müəllim heyəti və əməkdaşların oxucu kartoçkaları elektron kitabxananın sisteminə yerləşdirilib. Hər oxucunun adında olan ədəbiyyat da elektron oxucu kartoçkasında sistemə salınıb. Abonement bölməsində 1383, bədii ədəbiyyat şöbəsində isə 746 oxucu kartoçkası işlənib proqrama yerləşdirilib. Elmi kitabxanaya üzv olunduqca bu işlər davam etdiriləcək. Bundan başqa kafedralardan göndərilən dərslik və dərs vəsaitlərinin, metodik vəsaitlərin, fənn proqramlarının, sillabusların, doktorluq dissertasiyalarının, magistr dissertasiyalarının, yeni mühazirə mətnlərinin elektron variantı da kompüterlərdə yerləşdirilir və tələbələrin istifadəsinə verilir. Beləliklə, bütün bunlar tələbələrin Elmi kitabxanadan və elektron kitabxanadan daha səmərəli istifadəsi üçün gözəl şərait yaradır.
Kitab fondunun qorunub-saxlanması kitabxananın hər bir əməkdaşının əsas vəzifələrindən biridir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az