Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Keyfiyyət təminatı və strategiya şöbəsi
Keyfiyyət təminatı və strategiya şöbəsi

   

 Sumqayıt Dövlət Universitetinin (SDU) Keyfiyyət təminatı və strategiya şöbəsi 2023-cü ilin dekabr ayından Təhsildə keyfiyyət təminatı şöbəsi və Strateji İnkişaf Mərkəzinin bazasında təşkil edilib. Keyfiyyət təminatı və strategiya şöbəsi universitetdə keyfiyyət təminatı və onun inkişafına yönəlmiş strategiya, siyasət və prosedurların formalaşdırılmasına, nəzərdən keçirilməsinə və icrasına rəhbərlik edir. Şöbə institusional və proqram akkreditasiyası prosesinə rəhbərliklə bərabər, özünütəhlil hesabatlarının hazırlanması işini təşkil edir, müəssisədə keyfiyyət mədəniyyətinin formalaşması və mənimsənilməsi üçün lazımi tədbirlər görür. İllik Fəaliyyət Planı və Strateji İnkişaf Planındakı fəaliyyətin icrasına nəzarət üçün monitorinqlər aparan, mövcud vəziyyəti təhlil edən Şöbə bu istiqamətdə sorğular keçirir, onların nəticələrinə əsasən müvafiq addımların atılması üçün təkliflər hazırlayır. 19 yanvar 2024-cü ildən şöbəyə Gülnar Həsən qızı Cəfərova rəhbərlik edir. Təhsilini Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisası üzrə bakalavriat səviyyəsində tamamlayan Gülnar Cəfərova, həmin müddətdə Mövlana Mübadilə Proqramı vasitəsilə Türkiyədəki Kastamonu Dövlət Universitesində təhsil alaraq beynəlxalq təcrübə qazanıb. 2015–2017-ci illəri əhatə edən magistratura təhsilini ADPU-nun Təhsil menecmenti ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən G. Cəfərova doktorantura təhsilini Türkiyə Dövləti Təqaüd Proqramı çərçivəsində Necmettin Erbakan Universitetinin Təhsil menecmenti ixtisası üzrə tamamlamışdır. O, bir dərs vəsaiti, 10-dan çox elmi- tədqiqat işinin (məqalə, tezis və s.) müəllifi və ya həmmüəllifi, Türkiyə Respublikasında beynəlxalq tələbələr arasında keçirilən müsabiqə qalibləri sırasında 2-cidir. ADPU-da Sabah qrupları layihəsinin magistratura səviyyəsində fənn müəllimi, Azərbaycan Respublikası Təhsil İnstitutunun müxtəlif layihələrində mentor, təlimçi, akademik məsləhətçi və Təhsildə strateji tədqiqatlar şöbəsinin aparıcı mütəxəssisi kimi fəaliyyət göstərib.

Keyfiyyət Təminatı Siyasəti

 
 
 

 

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az