Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İdman klubu
İdman klubu
Tələbə və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili və idmanın müxtəlif növlərinə maraq yaratmaq məqsədilə 02.10.2015-ci il tarixindən Sumqayıt Dövlət Universitetində İdman klubu fəaliyyət göstərir.
İdman klubunun müdiri, əməkdar məşqçi dosent Zakir Məmmədovdur. Klubun məşqçi müəllimləri Polad Əliyev, Rauf Tairov, Mirvari Kərimova, Azər Rzayev, Cavanşir Ağakişiyev, operatoru isə Validə Yusifovadır.
Klub tələbələrin fiziki tərbiyəyə yönəldilməsi və universitetdə fəaliyyət göstərən idman məşqlərinə cəlb edilməsi, universitetdaxili turnirlərin təşkil edilməsi, idmanın müxtəlif növləri üzrə seçmə yarışların keçirilməsi istiqamətində fəaliyyət göstərir. 
Universitetin idman bazasında standartlara uyğun böyük idman zalı, qılıncoynatma zalı, mini-futbol meydançası, açıq havada şahmat lövhəsi, voleybol meydançası, stadion, badminton meydançası, tennis üzrə kort, sadə gimnastik qurğular mövcuddur.
Klubda stolüstü tennis, şahmat, dama, futbol, mini-futbol, basketbol, voleybol, qılıncoynatma bölmələri fəaliyyət göstərir.        
SDU-nun İdman klubu Bakı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, həmçinin Qazaxıstan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlıq edir.
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az