Fakültədə 2 kafedra fəaliyyət göstərir:
- Riyazi analiz və diferensial tənliklər;
- Riyaziyyat və informatikanın tədrisi texnologiyası.
Bakalavriat səviyyəsi üzrə ixtisaslar:
- Riyaziyyat;
- Riyaziyyat müəllimliyi;
- Riyaziyyat müəllimliyi (tədrisi ingilis dilində);
- Riyaziyyat və informatika müəllimliyi;
- İnformatika müəllimliyi.
Magistratura səviyyəsi üzrə ixtisaslaşmalar:
- Riyazi analiz;
- Hesablama riyaziyyatı;
- Diferensial tənliklər;
- Optimallaşdırma və optimal idarəetmə;
- Riyaziyyatın tədrisi metodikası və metodologiyası;.
- İnformatika.
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
- Riyazi analizin tətbiqi məsələləri
- Operatorların spektral nəzəriyyəsi və spektral analizin tərs məsələləri
- Modulyar dinamik sistemlərin modelləşdirmə, optimallaşdırma və sistem dinamikası məsələlərinin tədqiqi
- Toplanmış və paylanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələlərinin tədqiqi
- Müxtəlif özlü-elastik mühitlərdə termodinamik dalğaların yayılması məsələlərinin riyazi modelləşdirilməsi və onların araşdırılması
- Diskret sistemlərin modelləşdirilməsi və idarə olunması
- Riyaziyyatın tədrisi metodologiyası və metodikası
Riyaziyyat fakültəsində yarandığı gündən yüksək ixtisaslı kadr hazırlanması məsələsi daim diqqətdə saxlanılmış, bu məqsədlə respublikanın tanınmış alimləri tədris prosesinə və elmi-tədqiqat işlərinə cəlb olunmuşlar. Fakültənin əsas məqsədlərindən biri ümümtəhsil məktəblərinin yüksəkixtisaslı müəllim kadrları ilə təmin etməkdir.
Fakültədə tədrisin keyfiyyətini yüksəltmək üçün İKT vasitələrindən geniş istifadə olunur. Müasir kompüterlərlə təchiz olunmuş 2 fənn laboratoriyası, digər İKT vasitələri ilə təchiz olunmuş 5 auditoriya tələbələrin daimi istifadəsindədir.
2006-cı ildən başlayaraq və son 9 ildə isə hər il olmaqla fakültədə respublika və beynəlxalq səviyyəli elmi konfranslar keçirilir. Konfransların təşkili və keçirilməsində Rusiya, Almaniya, Türkiyə, Ukrayna, Belorusiya, Gürcüstanın tanınmış alimləri iştirak edirlər.
Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi tələbə təşkilatları fəaliyyət göstərir.