Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Riyaziyyat | Riyazi analiz və diferensial tənliklər
Riyazi analiz və diferensial tənliklər
2024-2025-ci tədris ilində struktur dəyişikliklərinə əsasən, Sumqayıt Dövlət Universitetinin Riyazi analiz və funksiyalar nəzəriyyəsi və Diferensial tənliklər və optimallaşdırma kafedraları ləğv edilərək onların bazasında Riyazi analiz və diferensial tənliklər kafedrası yaradılmışdır. Kafedra hazırda Riyaziyyat üzrə ixtisas fənlərinin tədrisi üzrə müasir metodik yanaşmaların tətbiqi ilə yanaşı, müasir texnologiyalar əsasında təhsil proqramlarını həyata keçirir.
Bu kafedra, həm də tələbələrin pedaqoji və texnoloji sahədə ixtisaslaşmalarını təmin edən qabaqcıl tədris və tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Kafedranın məqsədi, tələbələrə müasir dövrün tələblərinə uyğun riyaziyyat və onun tətbiqi sahəsində peşəkar bilik və bacarıqların aşılanmasıdır.
Kafedranın müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Seyfullayeva Xəyalə İdris qızıdır.
Riyazi analiz və diferensial tənliklər kafedrasında 2 professor, 9 dosent, 7 baş müəllim və 8 assistent fəaliyyət göstərir. Kafedrada 3 doktorant və 27 magistrant elmi işlə məşğul olur.

Kafedra əməkdaşlarının adları və vəzifələri:
1. Seyfullayeva Xəyalə İdris qızı– kafedra müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, 0,5 ştat dosent
2. Əliyeva Hicran Hamlet qızı – dekan müavini, riyaziyyat üzrə fəlsəfə doktoru, 0,5 ştat dosent
3. Qurbanov Nəbi Tapdıq oğlu – riyaziyyat üzrə elmlər doktoru, professor
4. Hacıyev Tahir Sədi oğlu – fizika-riyaziyyat elmləri doktoru, 0,5 ştat professor
5. Hüseynov Zəfər Qafar oğlu – fizika-riyaziyyat elmləri namizədi, dosent
6. Alıyev Xəlil Hacı oğlu – fizika-riyaziyyat elmləri namizədi, dosent
7. Məmmədov Məhəmmədəli Musa oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
8. Səfərli İlqar Seyfəddin oğlu – pedaqoji elmlər namizədi, dosent
9. Babacanova Vüsalə Həmzə qızı – texnika üzrə fəlsəfə doktoru, dosent
10. Hadıyeva Sevinc Sabir qızı – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
11. Məmmədov İlqar Qürbət oğlu – riyaziyyat üzrə elmlər doktoru, 0,5 ştat dosent
12. Rzayeva Günay Fikrət qızı – riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim
13. Nəsibzadə Vüsalə Nazim qızı – riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim
14. Əkbərov Asim Ələsgər oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, 0,5 ştat baş müəllim
15. Tağıyev Hikmət Tahir oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, 0,5 ştat baş müəllim
16. Qasımov Telman Mehdi oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, 0,5 ştat baş müəllim
17. İsmayılova Günay Qəfil qızı – baş müəllim
18. Həsənli Nicat İsmayıl oğlu – baş müəllim
19.Qədirli Nigar Azad qızı – riyaziyyat üzrə fəlsəfə doktoru, assistent (analıq məzuniyyəti)
20. Yaqnaliyeva Aybəniz Haqverdi qızı – assistent
21. Rzayeva Vəfa Gülağa qızı – assistent
22. Ağamalıyeva Kəmalə Faiq qızı – assistent
23. Nəsirova Leyla Vidadi qızı – assistent
24. Abdullayeva Könül Fail qızı – assistent
25. Zülfəliyeva Gülnarə Suməddin qızı – assistent (analıq məzuniyyəti)
26. Şadlinskaya Leyla Razim qızı – assistent

Tədris olunan fənlər:
Bakalavriat səviyyəsi
1. Riyazi analiz
2. Riyazi analizin əlavə fəsilləri
3. Adi diferensial tənliklər
4. Diferensial tənliklər
5. Diferensial və inteqral tənliklər
6. Diferensial tənliklər üçün düz və tərs sərhəd məsələləri
7. Ali cəbr
8. Cəbr
9. Cəbrin əlavə fəsilləri
10. Cəbr və ədədlər nəzəriyyəsi
11. Xətti cəbr və riyazi analiz
12. Diskret riyaziyyat və məntiqi elementlər
13. Diskret riyaziyyat və riyazi məntiq
14. Diskret riyaziyyat
15. Tətbiqi riyaziyyat
16. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi
17. Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi
18. Funksiyalar nəzəriyyəsi və funksional analiz
19. Funksional analiz
20. Riyazi fizika tənlikləri
21. Riyazi fizika məsələlərində optimal idarəetmə
22. Variasiya hesabı və optimallaşdırma üsulları
23. Optimal idarəet¬mə¬nin riyazi nəzəriyyəsi
24. Hesablama riyaziyyatı
25. Hesablama üsulları
26. Ehtimal nəzəriyyəsi və riyazi statistika
27. Xətti inteqral tənliklər və onların təqribi həll üsulları
28. Inteqral çevirmələr və onların tətbiqləri
29. Yaxınlaşmalar nəzəriyyəsinin bəzi məsələləri
30. Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi
31. Riyaziyyat və statistika
32. Diferensial hesabı
33. İnteqral hesabı
Maqistratura səviyyəsi
1. Meyl edən arqumentli diferensial tənliklər nəzəriyyəsi
2. Xüsusi törəməli diferensial tənliklər üçün Koşi və sərhəd məsələləri
3. Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi
4. Riyazi fizikanın tərs məsələləri
5. Diferensial tənliklərin spektral nəzəriyyəsi
6. Riyazi proqramlaşdırmanın ədədi üsulları
7. Operasiya hesabı və onun diferensial tənliklərin həllində tətbiqi
8. İdarəetmə nəzəriyyəsinin riyazi məsələləri
9. Optimal idarəetmə məsələlərinin ədədi üsulları
10. Diskret sistemlərin optimal idarə edilməsi məsələləri
11. İdarəolunma və müşahidəolunma nəzəriyyəsi
12. Paylanmış parametrli sistemlərin optimal idarə edilməsi məsələləri
13. Diskret riyaziyyat
14. Tədqiqat üsulları
15. İdarəetmə nəzəriyyəsinin riyazi məsələləri
16. Funksional-diferensial tənliklər nəzəriyyəsi
17. Kombinator optimallaşdırma və mürəkkəblik nəzəriyyəsi
18. Qeyri-müəyyənlik şəraitində idarəetmə nəzəriyyəsinin elementləri
19. Variasiya məsələlərinin ədədi üsullarla həlli
20. Elmin müasir problemləri
21. Qeyri-xətti analiz
22. Ümumiləşmiş funksiyalar
23. Harmonik analiz
24. Laplas çevirməsi və onun tətbiqləri
25. Furye çevirməsi, Laplas çevirməsi və onların tətbiqləri
26. Sinqulyar inteqrallar üçün kvadratur düsturlar və onların tətbiqləri
27. Ümumiləşmiş funksiyaların Furye çevirmələri
28. Cəbri tənliklərin təqribi üsullarla həlli
29. Qeyri-korrekt məsələlərin həll üsulları
30. Xüsusi törəməli diferensial tənliklərin təqribi üsullarla həlli
31. Təqribi üsulların təbiət elmlərinin məsələlərinin həllində rolu
32. Splayn funksiyaların tətbiqi ilə diferensial tənliklərin həlli
33. Hesablama üsullarının əsasları
Kafedranın elmi istiqamətləri:
1. Riyazi analizin tətbiqi məsələləri.
1. Modulyar dinamik sistemlərin (MDS-lərin) modelləşdirmə, optimallaşdırma və sistem dinamikası məsələlərinin tədqiqi.
2. Toplanmış və paylanmış parametrli kəsilməz sistemlərin optimal idarə edilməsi məsələlərinin tədqiqi.
Kafedranın son illərdəki əsas elmi nəşrləri:
Kafedra üzrə 5 kitab, 260 məqalə, o cümlədən 53 məqalə xaricdə çap olunmuşdur. Bu məqalələr Web of Scince və Scopus bazalarına daxil olan jurnalda nəşr olunmuşdur.
82 sillabus, 4 monoqrafiya, 70 fənn proqramı, 12 dərs vəsaiti və 5 metodik vəsait nəşr olunmuşdur.
Kafedra əməkdaşlarının Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutları, BDU, ADNSU, AZMIU, NDU, MDU, ADPU, ADİU, ADU, xarici ölkələrin bir sıra ali təhsil müəssisələri və elmi mərkəzləri, Xarkov Texniki Universiteti, Həştərxan Dövlət Universitet, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Dağıstan Dövlət Universiteti, Moskva Aviatsiya İnstitutu, Kuban Dövlət Aqrar Dövlət Universiteti, Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu Qazaxıstan Respublikasının Milli Texniki Universiteti, Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Kafkas Universiteti (Kars şəhəri) ilə elmi-pedoqoji əlaqələri vardır.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az