Mülki Müdafiə, əməyin təhlükəsizliyi və yanğından mühafizə qərargahı
Mülki müdafiə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun, “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı Qərarının və digər rəhbər sənədlərin tələblərinin yerinə yetirilməsinə, mülki müdafiənin təşkilinə, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, ehtimal olunan və baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrin aradan qaldırılması işinə ümumi rəhbərliyi həyata keçirir. Həmçinin ehtimal olunan fövqəladə hadisələrin və onların nəticələrinin proqnozlaşdırılması və qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi (mülki müdafiə planına əsasən); illik tədbirlər planı və beşillik tədbirlər planına görə, mülki müdafiə tədbirləri; kompleks mülki müdafiə təlimi; rəhbər heyətinin mülki müdafiə məşqi; fövqəladə hadisələr zamanı rəhbər heyətin, işçilərin və tələbələrin vaxtında xəbərdar edilməsi; serena vasitəsilə rabitə sisteminin yaradılmasına nəzarət edilməsi; fövqəladə hallarda ərazinin kimyəvi zəhərlənməsindən, radiaktiv tozlardan, zərbə dalğasından mühafizəsini təşkil etmək məqsədilə kollektiv mühafizə qurğularından sığınacaqlarda, radiasiya əleyhinə zirzəmilərdə mühafizə qurğularının hazır vəziyyətə gətirilməsini təşkil edir; əleyhqaz, respirator, mühafizə geyimi ilə təmin edir; qəza və dağıntılar zamanı ilk təcili tibbi yardım dəstəsinin daim hazırlığını təmin edir; “Sumqayıt Regional Fövqəladə Hallar və Mülki müdafiə şöbəsində universitetin əməkdaşlarının“ komandir hazırlığını, bütün dünyada olduğu kimi, 1 Mart Ümumdünya Mülki Müdafiə Gününün keçirilməsini təşkil edir. MM və YM qərargahı universitetdəki bu işləri yerinə yetirir. MM və YMQ rəisi vəzifəsini Məmmədova Aynur Ələddin qızı icra edir. Əmiraslanov Abdulla Əmiraslan oğlu mülki müdafiə mühəndisi, Nəbiyev Hüseyn Paşa oğlu isə mülki müdafiə və yanğından mühafizə mühəndisi vəzifələrində çalışırlar.