Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elm və İnnovasiyalar üzrə prorektor
Elm və İnnovasiyalar üzrə prorektor
Abdullayev Elşad Tofiq oğlu - 20 oktyabr 1981-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmuşdur. 1998-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbi bitirmiş, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində “Kimya” ixtisası üzrə bakalavr təhsili almışdır. 2002-2004-cü illərdə Bakı Dövlət Universitetində “Ətraf mühit kimyası” ixtisası üzrə magistr təhsili alıb. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda baş laborant olaraq fəaliyyətə başlamışdır. 2004-2007-ci illərdə Radiasiya Problemləri İnstitutunun aspiranturasında təhsil alıb. 2008-ci ildə hərbi xidmətdə olub. 2009 -2019-cu illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2011-ci ildə dissertasiya işini müdafiə edib və kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə isə dosent elmi adı alıb. 2018 - 2022-ci illərdə elmlər doktoru hazırlığı üzrə qiyabi doktoranturada oxuyub. 2019-2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışmış, 2023-cü ildən Sumqayıt Dövlət Universitetində Rektor müşaviri olmuş, hal-hazırda Elm və təhsil naziri Emin Əmrullayevin 22.12. 2023-cü il tarixli, 3-29/3-1-1529K/2023 saylı əmrinə əsasən SDU-nun Elm və innovasiyalar üzrə  prorektoru təyin olunub.
Ümumilikdə 60-dan çox elmi əsəri (o cümlədən 1 patent və 26 məqaləsi) çap edilmişdir. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün “Kimya”, 5-ci və 6-cı siniflər üçün “Təbiət” fənni üzrə dərsliyin və bu fənlərin “Müəllim üçün metodik vəsait”lərinin müəllifidir. Təhsilin inkişafında xidmətlərinə görə 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə, 2021-ci ildə isə Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müvafiq əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az