Redaksiya və nəşr işləri
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 20 iyun 2000-ci il tarixli, 9 saylı qərarı ilə yaradılan Mətbəə, Redaksiya və nəşr işləri şöbəsi 22 ildir ki, fəaliyyət göstərir. Universitet əməkdaşlarının elmi-pedaqoji yaradıcılığını əks etdirən müxtəlif səpkili məqalələrin, monoqrafiya, dərs vəsaitlərinin, metodik vəsaitlərin çap olunması mühüm bir zərurətdir. Bu məqsədlə müasir avadanlıqlarla təchiz olunmuş mətbəədə qısa müddət ərzində xeyli iş görülmüşdür.
Kiçik və mehriban kollektivin üzvləri olan E.F.Həsrətova (redaktor), S.Z.Əlirzayeva (korrektor), E.E.Hacıyevin (cildləyici) səyləri nəticəsində artıq onlarla dərslik, monoqrafiya, metodik vəsait və s. çap edilərək müəllim və tələbələrin ixtiyarına verilmişdir. Universitetin “Elmi xəbələr” məcmuəsi, universitetdə keçirilən beynəlxalq və respublika miqyaslı elmi konfransların materialları, çoxlu sayda fənn proqramları, topluları, işçi vəsiqələri, tələbə biletləri, qiymət kitabçaları, bukletlər və proqram-dəvətnamələrin nəşri də bu şöbədə həyata keçirilir.