Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Rektorun müşaviri
Rektorun müşaviri

Tamilla Əhməd qızı Əhmədova Qərbi Azərbaycanda, bugünkü Ermənistan Respublikasının Krasnoselo rayonundakı Qaraqaya kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Neft və Kimya İnstitutu (ADNSU) Sumqayıt filialının Energetika fakultəsinə qəbul edilən Tamilla Əhmədova oranı “Sənaye müəssisələri, şəhərlər, rayon və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə bitirib. Ali məktəbdə təhsil aldığı müddətdə Neftkimyaavtomat Elmi Tədqiqat Layihə İnstitutunda cizgiçi kimi əmək fəaliyyətinə başlayan Tamilla Əhmədova 1980-ci ildən Sumqayıt Dövlət Universitetində (SDU) laborant, assistent, baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrini tutub və hazırda rektorun müşaviridir. 1991-ci ildə “Çevik avtomatik istehsal və robotexniki komplekslər üçün elektromaqnit məsafəvericisinin işlənməsi və tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi aldıqdan sonra, 1992-ci ildə Elektrotexnika kafedrasına baş müəllimi, 1993-cü ildə həmin kafedrada dosent vəzifəsinə, 2000-ci ildə Elektrik təchizatı kafedrasına dosent vəzifəsinə seçilib və 2002-ci ildə həmin kafedra üzrə dosent diplomunu alıb. 2001-2003-cü illərdə SDU-da qiyabi şöbənin dekanı vəzifəsində çalışıb, 2004-cü ildən 2014-cü ilədək yenidən Elektrotexnika kafedrasının müdiri təyin edilib. 2014-cü ildən 2024-cü ilədək Fizika və elektroenergetika fakültəsinin dekanı, eyni zamanda, 2015-ci ildən Elektrotexnika (indiki Elektrotexnika və energetika) kafedrasında 0.5 ştat dosent vəzifəsini tutub. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar müəllim fəxri adını alıb. 2023-cü ildə İnformasiya-ölçmə və idarəetmə sistemləri (robototexnika üzrə) elmlər doktoru elmi dərəcəsini alan Tamilla Əhmədova hazırda rektorun müşaviri, professor kimi fəaliyyət göstərir. 80-dən çox elmi və tədris metodiki işin, o cümlədən 2 ixtira, 3 dərs vəsaiti, 6 metodik göstərişin və fənn proqramlarının müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az