Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
kimya
Kimya kafedrası 1972-ci ildən Qeyri-üzvi və fiziki kimya adı ilə ümumtəhsil kafedrası kimi fəaliyyət göstərir. Kafedranın təşkilində və formalaşmasında kimya elmləri namizədi professor İ. Sadıqovun böyük xidməti olmuşdur. O, 1972-1974-cü illərdə kafedranın ilk müdiri olmuşdur. 1974-1986-cı illərdə kafedraya dosent R.Cəlilov rəhbərlik etmişdir. 1985-ci ildə kafedranın bazası əsasında yeni, ixtisas yönümlü Elektrokimyəvi istehsalın texnologiyası kafedrası (kafedra müdiri dos. Ş.Novruzov) yaradılmışdır. Fiziki kimya fənninin tədrisi yeni yaranan kafedra tərəfindən aparıldığından kafedra 1985-ci ildən Ümumi kimya, 1996-cı ildən isə Kimya kafedrası adlandırılmışdır. 1986-cı ildən 2004-cü ilə kimi kafedraya kimya elmləri doktoru professor R.Sultanov rəhbərlik etmişdir. Universitetdə pedaqoji yönümlü yeni ixtisasların açılması ilə əlaqədar olaraq Kimya kafedrasının bazası əsasında 2001-ci ildə Ümumi və qeyri-üzvi kimya (kafedra müdiri dos. R.Qəhrəmanov-2001-2015, prof. M.Səmədov-2015-2017-ci illər), 2004-cü ildə Analitik kimya (kafedra müdiri dos. H. Eminov), 2005-ci ildə isə Kimyanın tədrisi metodikası (kafedra müdiri dos. Ağaisa Əskərov) kafedraları yaradılmış və Universitet Elmi Şurasının qərarı ilə Kimya kafedrası 2004-cü ildə Üzvi və fiziki kimya kafedrası (kafedra müdiri dos. Musa Mustafayev – 2004-2017-ci illər) adlandırılmışdır.
2017-ci ildə Kimyanın tədrisi metodikası kafedrası, Ümumi və qeyri-üzvi kimya, Üzvi və fiziki kimya kafedraları birləşdirilmiş, onların bazasında Kimya və onun tədrisi metodikası (kafedra müdiri dos. Musa Mustafayev) kafedrası yaradılmışdır. 04.04.2024-cü ildən Kimya və onun tədrisi metodikası kafedrasının adı dəyişdirilərək Kimya adlandırılmışdır. Hazırda, kafedra müdiri dos. Musa Mustafayevdir.
Kimya kafedrasında 1 nəfər texnika elmləri doktoru professor, 11 nəfər kimya üzrə fəlsəfə doktoru dosent, 3 nəfər baş müəllim, 3 nəfər tam ştat, 3 nəfər isə 0.5 ştat assistent, 1 laboratoriya müdiri, 4 böyük laborant, 1 laborant və 2 preparator fəaliyyət göstərir:
1. Mustafayev Musa Musa oğlu – kafedra müdiri, 0.5 ştat dosent
2. Abdullayev Elşad Tofiq oğlu - 0.5 ştat dosent
3. Pirquliyeva Mətanət Səfər qızı - 0.5 ştat dosent
4. Səmədov Muxtar Məmməd oğlu - 0.5 ştat professor
5. Əliyeva Aida Qəzənfər qızı – dosent
6. Əhmədov Vəliyəddin Nüsrət oğlu – dosent
7. Azadəliyeva Gülzar Nizam qızı – dosent
8. Məmmədova Aynur Alim qızı – dosent
9. İmanov Elmar Vaqif oğlu – 0.5 ştat dosent
10. Məmmədov Ayaz Müzəffər oğlu – 0.5 ştat dosent
11. Məmmədli Səidə Bəxtiyar qızı – 0.5 ştat dosent
12. Məmmədova Aynurə Fəxrəddin qızı – 0.5 ştat dosent
13. Cavadova Sadəgül Həsən qızı – baş müəllim
14. Şahgəldiyev Fizuli Xanəlioğlu – baş müəllim
15. Əhmədova Firuzə Famil qızı – baş müəllim
16. Abiyeva Arzu Yunus qızı – baş müəllim
17. Mürşüdlü Nərmin Afiq qızı – assistent, k.f.d.
18. Məhərrəmova Aida Saleh qızı – assistent
19. Yusifli Fəridə Xaləddin qızı – assistent
20. Rzaxanova Sevinc İsabala qızı – assistent
21. Abuşova Ziyafət Bəhram qızı - 0.5 ştat assistent
22. Mahmudova Rəhilə Əmirsultan qızı – laboratoriya müdiri
23. Əliyeva Səadət Gəray qızı – böyük laborant
24. Sadıqova Dilarə Ağayar qızı - böyük laborant
25. Xudiyeva Sevinc Sabir qızı - böyük laborant
26. İsmayılova Rayisə Mahir qızı – böyük laborant
27. Gülmalıyeva Afət Əhməd qızı – laborant
28. Həsənova Simnarə Sədrəddin qızı – preparator
29. Quliyeva Cəmilə Qabil qızı – preparator

Kafedrada elmlər doktoru proqramı üzrə 2 dissertant, fəlsəfə doktoru proqramı üzrə 2 dissertant və 21 magistrant elmi-tədqiqatlarla məşğul olur.
2024-2025-ci tədris ilindən başlayaraq kafedrada 050109-Kimya müəllimliyi ixtisası üzrə Azərbaycan bölməsi ilə yanaşı ingilis bölməsində kadr hazırlığına başlanmışdır.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris olunan fənnlər:
1. Analitik kimya
2. Analitik kimya və instrumental analiz
3. Bərk cisimlər kimyası
4. Elementüzvi birləşmələr kimyası
5. Ətraf aləmin kimyası
6. Fiziki kimya
7. Fiziki və analitik kimya
8. Fiziki və kolloid kimya
9. Fiziki-kimyəvi analizin əsasları
10. Həyat fəaliyyətinin kimyəvi əsasları
11. İxtisasa giriş (İngilis dilində)
12. İkikomponentli sistemlər
13. Kimya
14. Kimya fənni üzrə təhsil kurikulumunun əsasları
15. Kimyadan olimpiada tipli məsələlərin həlli metodikası
16. Kimyanın didaktikası
17. Kimyəvi termodinamikanın əsasları
18. Kolloid kimya
19. Kompleks birləşmələr kimyası
20. Kristallokimya
21. Qeyri-üzvi kimya (Azərbaycan və İngilis dilində)
22. Qeyri-üzvi və üzvi kimyanın tədrisi metodikası
23. Nanokimya
24. Neft kimyası
25. Neft kimyası və neft-kimyəvi sintez
26. Ümumi kimya (Azərbaycan və İngilis dilində)
27. Ümumi kimyanın tədrisi metodikası
28. Üzvi kimya
29. Üzvi kimya və ekoloji təhlükəsizlik
30. Yarımkeçiricilər kimyası
31. Yüksəkmolekullu birləşmələr (YMB) kimyası
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris olunan fənnlər:
060504 – Kimya ixtisas qrupları üzrə

1. Aromatik və heterotsiklik birləşmələrin kimyası
2. Ayırma prosesləri
3. Bərk cisimlər kimyası
4. Biokimya və zərif üzvi sintez
5. Bioüzvi, təbii və fizioloji fəal birləşmələr kimyası
6. Bоyaq maddələrinin kimyası
7. Dərman maddələrinin sintezi
8. Elektrokimyəvi analiz və sintez
9. Elektrokimyəvi korroziya və onun kinetikası
10. Elektrolit məhlullar nəzəriyyəsi
11. Elementüzvi birləşmələrin kimyası
12. Ərintilərin elektrokimyası;
13. Faza tarazlığının termodinamikası
14. Fiziki-kimyəvi analiz
15. Xüsusi təyinatlı polimerlərin kimyası
16. İkikomponentli sistemlər
17. Karbohidratlar kimyası
18. Kataliz
19. Kimyanın müasir problemləri
20. Kimyanın müasir tədqiqat üsulları
21. Kimyanın tarixi və metodologiyası
22. Kimyəvi cərəyan mənbələri
23. Kimyəvi kinetika
24. Kimyəvi tarazlıq
25. Kompozisiya materiallarının kimyası
26. Kompüter əsaslı üzvi kimya
27. Kristallokimyanın nəzəri əsasları
28. Qeyri-üzvi kimyanın nəzəri əsasları
29. Qeyri-üzvi maddələrin elektrokimyəvi sintezi
30. Qeyri-üzvi maddələrin tədqiqat üsulları
31. Qeyri-üzvi materialşünaslıq
32. Qeyri-üzvi sintezin əsasları
33. Məhlulların elektrokimyası
34. Məhlulların termodinamikası
35. Mineral turşu və dusların sintezinin əsasları
36. Monomerlər kimyası
37. Neft məhsullarının təmizlənməsi
38. Neft və qaz emalı proseslərinin layihələndirilməsi
39. Neft və qaz emalı proseslərinin termodinamikası
40. Neft və qaz emalı sənayesinin ekoloji problemləri
41. Neft və qaz emalından alınan məhsullar və onların keyfiyyətinin yaxşılaşdırılması üsulları;
42. Neft və qaz əsasında texniki əhəmiyyətli maddələrin sintezi
43. Neft və qazın kompleks emalının elmi əsasları
44. Oliqomerlər əsasında kompozisiya materiallarının kimyası
45. Polimer nanokompozitlər.
46. Polimerlərin fiziki kimyası
47. Polimerlərin sintezi və tədqiqi
48. Polimerlərlərin kimyəvi modifikasiyası
49. Səth hadisələri
50. Termokimya və kalorimetriya
51. Termoplastik və termoreaktiv polimerlərin kimyası
52. Təbii qeyri-üzvi birləşmələr kimyası
53. Tədqiqat üsulları
54. Tətbiqi elektrokimya
55. Üzvi birləşmələrin stereokimyası və konformasiya analizi
56. Üzvi kimyanın nəzəri əsasları
57. Üzvi maddələrin elektrokimyəvi sintezi
58. Üzvi sintez prosesləri üçün katalizatorların sintezi və istifadə prinsipləri
59. Yüksəkmolekullu birləşmələr kimyasının seçilmiş bəhsləri
060110 – Kimya müəllimliyi ixtisası üzrə
1. Kimya təhsilinin müasir vəziyyəti və inkişaf perspektivləri
2. Kimyadan seçilmiş mövzuların tədrisi metodikası
3. Kimyanın öyrədilməsində iqtisadi və ekoloji təhsil və tərbiyə
4. Kimyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş
5. Kimyanın tədrisi metodikasının müasir problemləri
6. Kimyanın tədrisi metodikasının tarixi və metodologiyası
7. Kimyanın tədrisində anlayışlar və strategiyalar
8. Kimyanın tədrisində ölçmə və qiymətləndirmə
9. Kimyanın tədrisində təcrübə dizaynı
10. Layihə əsaslı öyrənmə
11. Sinifin idarə olunması
12. Təbiət fənlərinin təlimində Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi və XXI əsr bacarıqları
13. Təbiət və kimya fənn kurikulumlarının elmi-nəzəri əsasları
14. Təfəkkürün inkişafında kimya dilinin rolu
15. Təhsildə tədqiqat metodları və akademik etika
Kafedranın tədris-metodiki və elmi fəaliyyəti:
- 2306.01 - Üzvi kimya. Mövzu: Karbo- və heterofunksional silisiumüzvi monomerlərin sintezi və xassələri.
- 3303.01-Kimya texnologiyası və mühəndisliyi. Mövzu: Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə mineral turşularda parçalanması reaksiyasının nəzəri əsasları.
Kafedra əməkdaşları tərəfindən son 5 ildə 1 monoqrafiya, 2 dərslik, 2 dərs vəsaiti, 100-dən çox elmi məqalə və məruzə tezisləri, o cümlədən 11 elmi məqalə xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuşdur. Kafedra üzrə son 5 ildə 44 fənn proqramı, o cümlədən, 15 fənn proqramı Elm və Təhsil Nazirliyinin qrifi ilə, 29 fənn proqramı Universitet Elmi Şurasının qrifi ilə çap olunmuş, 200-dən çox sillabus hazırlanmışdır.
Kimya kafedrasının əməkdaşlarının Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, ARETN-in Polimer Materialları, Aşqarlar Kimyası, Neft Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi kimya İnstitutları, Tbilisi Dövlət Universiteti, Rusiya EA-nın Zelinski adına Moskva Üzvi Kimya İnstitutu, Riqa Üzvi Sintez İnstitutu, Ufa Dövlət Neft Texniki Universiteti, Perm Tədqiqat Texniki Universiteti, Pskov Dövlət Universiteti, Rusiya Kimya-texnologiya Universiteti, Rusiya EA-nın Sibir bölməsinin İrkutsk Kimya İnstitutu ilə elmi əlaqələri vardır.
Kafedra əməkdaşlarından 2 nəfəri “Əməkdar müəllim” fəxri adı ilə, 2 nəfəri “Tərəqqi” medalı ilə, 4 nəfəri isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az