Fizika kafedrası 1976-cı ildə Ali riyaziyyat və fizika kafedrası əsasında yaranmış, 1990-cı ilə kimi bu kafedraya prof. E.M.Qocayev, 1990-1996-cı illərdə dos. E.H.Məmmədov, 1996-2001-ci illərdə isə prof. M.M.Zərbəliyev rəhbərlik etmişdir.Fizika kafedrasının bazasında 2002-ci ildə Ümumi fizika və Nəzəri fizika kafedraları, 2004-cü ildə isə bu kafedraların bazasında Bərk cisim elektronikası və Yarımkeciricilər fizikası kafedraları yaradılmışdır. 2014-cü ildə Bərk cisim elektronikası kafedrasının adı dəyişdirilərək Bərk cisimlər fizikası kafedrası adlandırılmışdır. Bərk cisimlər fizikası kafedrasına dos.R.M.İsmayılov, Yarımkeçiricilər fizikası kafedrasına prof. M.M.Zərbəliyev rəhbərlik etmişdir. 30.03.2017-ci ildə hər iki kafedra birləşdirilrək Bərk cisim və yarımkeçiricilər fizikası kafedrası adlandırılmışdır.
Fizika və onun tədris metodikası kafedrası isə 2006-cı ildə Fizika və riyaziyyatın tədris metodikası kafedrasının bazasında yaradılmışdır. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 15.07.2009-cu il tarixli qərarına əsasən Fizika və riyaziyyatın tədris metodikası kafedrası iki müstəqil kafedraya: Fizikanın tədris metodikası və Riyaziyyatın tədris metodikası kafedralarına ayrılmışdır. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 30.03.2017-ci il tarixli qərarına əsasən Ümumi fizika və Fizikanın tədris metodikası kafedraları birləşərək onların bazasında Fizika və onun tədris metodikası kafedrası yarandı. 2014-cü ildən kafedraya dosent Fuad Əziz oğlu Məmmədov rəhbərlik etmişdir. 01.05.2024 –cü ildən Bərk cisim və yarımkeçiricilər fizikası kafedrası və Fizika və onun tədris metodikası kafedraları ləğv edilərək, onların bazasında Fizika kafedrası yaradılmış, kafedra müdiri vəzifəsi Quliyeva Gülnarə Hüseyn qızına həvalə olunmuşdur.
Fizika kafedrasında 10 dosent, 2 baş müəllim, 7 assistent, 12 nəfər tədris - köməkçi heyət fəaliyyət göstərir:
Quliyeva Gülnarə Hüseyn qızı f.ü.f.d, kafedra müdiri 0,5 ştat dosent
Bayramov Coşqun Cümşüd oğlu, f.r.ü.f.d, dosent
Məmmədov Fuad Əziz oğlu, f.ü.f.d, dosent
Sərdarova Nailə Söhrab qızı, f.r.ü.f.d., dosent
Orucov Samir Kamal oğlu, f.r.ü.f.d., 0,5 ştat dosent
İsmayılov Ramiz Məzahir oğlu, f.r.ü.f.d., dosent
Lətifova Sevil Seyfulla qızı, f.r.ü.f.d, dosent
Sadıqova Sara Rəşid qızı, f.r.ü.f.d., dosent
Həşimova Aynur İxtiyar qızı, f.ü.f.d, dosent
Hüseynova Kəmalə Müsəllim qızı, f.ü.f.d, baş müəllim
Kazımov Mobil Vahab oğlu, f.ü.f.d, dosent
Səlimova Vəfa Vəli qızı, baş müəllim
Quliyeva Kifayət Əjdər qızı, assistent
Mustafayeva Ülviyyə Mustafa qızı,assistent
Şahsıvarova Qərənfil Əbdül qızı, assistent
Ələsgərova Dürdanə Murtuza qızı, assistent
Tarverdiyeva Vəfa Alim qızı, assistent
Məmmədov Dünyamalı Əbülfət oğlu, assistent
Ağacanlı Əli Xudaverdi oğlu, assistent
Ötərxanova Güllü Nizami qızı, laboratoriya müdiri
Məmmədova Aybəniz Səməndər qızı, laboratoriya müdiri
Xəlilova Rübabə Cavanşir qızı, böyük laborant
Abdulova İzzət Nəcməddin qızı, böyük laborant
Heydərova Gülmirə Əkbər qızı, böyük laborant
Ayvazova Zəminə Nuru,böyük laborant
Abdulova İzzət Nəcməddin qızı, böyük laborant
Həsənova Sevda Rauf qızı, laborant
Babayeva Aynur Ənvər qızı, laborant
Qurbanəliyeva Ülviyyə Qəhəd qızı, laborant
İbrahimova Afət Bayram qızı, pereparator
Ağayeva Mədinə Rafik qızı, pereparator
Mexanika və molekulyar fizika -1
Mexanika və molekulyar fizika -2
Elektrik və maqnetizm
Optika - 1
Optika - 2
Yarımkeçiricilər fizikası
Elektronika
Astranomiya
Astrofizika
Atom fizikası
Bioloji sistemlər fizikası
Çoxelektronlu sistemlərin kvant nəzəriyyəsi
Elektrik və maqnetizm
Elektrodinamika
Elementar zərrəciklər fizikası
Fizika fənninin kurikulumu
Fizikada əsas anlayışlar və onların tədrisi
Fizikada olimpiyada tipli məsələlərin həlli
Fizikanın tədrisi metodikası
Klassik mexanika
Kondensə olunmuş mühit fizikası
Kvant fizikası
Kvant mexanikası
Maddə quruluşu
Məktəb fizika eksperimenti
Məktəb fizika kursunda məsələ həlli
Mexanika
Mexanika və nisbilik nəzəriyyəsi
Molekulyar fizika
Nüvə fizikası
Optika
Radiofizika
Statistik fizika
Termodinamika və statistik fizika
Tətbiqi fizika
Ümumi spektroskopiya
Yarımkeçiricilər fizikası
060503 – Fizika ixtisas qrupları üzrə
Aşağı temperaturlar fizikası
Atom spektroskopiyanın əsasları
Atom və molekul fizikasında quruluş və xassə məsələləri
Atom və molekul fizikasında riyazi metodlar
Atomun kvant nəzəriyyəsi
Bərk cisim elektronikası cihazlarının texnologiyası
Bərk cisim elektronikasının fiziki əsasları
Elektron texnikasının material və elementləri
Fizikanın müasir problemləri
Fizikanın tarixi və metodologiyası
İfrat yüksək tezlik elektronikasının fiziki əsasları
İstilik texnikası və texniki termodinamika
Kompleks birləşmələrin molekulları
Kristalların sintezi və monokistalların yetişdirilmə texnologiyası
Mikroelektronika
Molekulun kvant nəzəriyyəsi
Molekulyar birləşmələrin istilikkeçirməsi
Molekulyar köməkçi funksiyalar
Müasir fizikanın tədqiqat üsulları
Nanotexnologiyanın əsasları
Optik kvant elektronikası
Rəqslər və dalğalar
Termoelektrik soyuducuları
Tədqiqat üsulları
Vakuum və plazma elektronikası
Yarımkeçirici cihazlar
Yarımkeçiricilərdə kinetik hadisələr
Yarımkeçiricilərdə qalvonomaqnit və termomaqnit hadisələr
Yarımkeçiricilərin elektron nəzəriyyəsi
Yarımkeçiricilərin elektron nəzəriyyəsi və kinetik hadisələr
Yarımkeçiricilərin istilik və elastiki xassələri
Fizikanın tədris metodikasının müasir problemləri
Fizikanın tədris metodikasının tarixi və metodologiyası
Təbiət və Fizika fənn kurikulumlarının elmi-nəzəri əsasları
Fizkanın tədrisində anlayışlar və strategiyalar
Təhsildə tədqiqat metodları və akademik etika
Fizikanın tədrisində ölçmə və qiymətləndirmə
Fizikadan seçilmiş mövzuların tədrisi metodikası
Kafedra üzrə 14 dərs vəsaiti, 6 metodik vəsait, 250-dən çox elmi məqalə və tezis, 65 fənn proqramı nəşr olunmuşdur.
Kafedrada aparılan elmi tədqiqat işləri çoxşaxəlidir.
TlJ_(1-x) 〖Ln〗_x 〖Gd〗_x S_2 〖Sl〗_2 kristalların alınması, onların fiziki xassələrinin təyini, tətbiq sahələrinin araşdırılması. ASPA kompozitlərin mexaniki xassələrinin təyini.
Nikiforov-Uvorov metodu əsasında Klen-Fok-Qordon tənliyinin müxtəlif potensiallar üçün təyini. Fasiləsiz təhsil sistemində fizikanın tədris metodikası və metodologiyası
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu, Fotoelektronika İnstitutu, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Belarus Respublikası Milli Elmlər Akademiyasının Elmi-Praktiki Mərkəzi Dövlət Birliyinin Maqnit materialları fizikası laboratoriyası, Özbəkistan Respublikasının Buxara Dövlət Tibb İnstitutunun Biofizika və tibbdə informasiya texnologiyaları kafedrası ilə elmi əlaqələri var.
Kafedra əməkdaşlarından 1 nəfər 2022-ci ilin noyabr ayında Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibəti və Azərbaycanda təhsilin inkişafında xidmətlərimə görə Respublika Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına, 6 nəfər “Qabaqcıl təhsil işçisi” döş nisanına və bir çox müəllimlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fəxri Fərmanı”na layiq görülmüşlər.