ELAN
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası
Sumqayıt Dövlət Universiteti İnformasiya Texnologiyaları İnstitutu
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Sizi “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Beynəlxalq elmi konfrans 15-16 noyabr 2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək.
Konfransın bölmələri:
1.İnformasiya-ölçmə və idarəetmə sistemləri
2.Sistemli analiz və modelləşdirmə
3.Mexatronika və robototexnika
4.Korporativ informasiya sistemləri və onların tətbiqi
5.İntellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri
6.Cihazqayirmada yeni texnologiyalar
Materialların tərtibatına qoyulan tələblər:
1.Format − A4, şrift – Times New Roman, boş sahə hər tərəfdən 2 sm;
şriftin ölçüsü − 12 pt, sətirarası interval − 1; abzas -1,25 sm;
2.Tezisin adı–ortadan, qalın şriftlə, böyük hərflərlə;
3.Müəllifin soyadı, adı, atasının adı, iş yeri, kursivlə;
4.Ədəbiyyata istinadlar kvadrat mötərizədə verilir;
5.Tezisin mətni−1-3 səhifə həcmində.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirak forması: əyani, qiyabi
Konfrans materialları 20.10.2018-ci il tarixinədək infomk2018@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada Az 5008 Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Mühəndislik fakültəsi, otaq 214 ünvanda qeyd olunur.
Qeydiyyat ödənişsizdir, materiallar nəşr olunur və http://sdu.edu.az saytında yerləşdirilir.
Məsul katib: dos. A.M.Namazov
Əlaqə telefonu: (+99418) 644 89 06
e-mail: infomk2018@mail.ru
Təşkilat komitəsi