ELAN
02 noyabr 2018-ci il tarixində FD.02.193 Dissertasiya Şurasının iclası keçiriləcəkdir
GÜNDƏLİK MƏSƏLƏ
Milli Aerokosmik Agentliyinin (MAKA) sabiq doktorantı Amidə Cəbrayıl qızı Əliyevanın “3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Atmosferin antropogen çirklənməsinin tədqiqi üçün yüksəkdəqiqlikli yerüstü, bort və kosmik ölçmə metodlarının işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi
Rəsmi opponentlər:
1. Məhəmməd Aydın oğlu Əhmədov – Sumqayıt Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professoru, texnika üzrə elmləri doktoru.
2. Bayram Qənimət oğlu İbrahimov – Azərbaycan Texniki Universitetinin Çoxkanallı telekommunikasiya sistemləri kafedrasının professoru, texnika üzrə elmlər doktoru.
Aparıcı təşkilat:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompyuter mühəndisliyi kafedrası.