ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2019-cu il tarixli 10/4-30 saylı razılıq məktubu və Təhsil Nazirinin 08 fevral 2019-cu il tarixli F-69 saylı əmri ilə təsdiq edilmiş “ 2019-cu ildə beynəlxalq və respublika səviyyəli elmi konfransların keçirilməsi Plan”ına uyğun olaraq 19-20 dekabr 2019-cu il tarixində Sumqayıt Dövlət Universitetində “Elmlərarası inteqrasiya: linqvodidaktik, linqvokulturoloji, psixolinqvistik aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Böyük məmnuniyyətlə sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri
1. Linqvistik interferensiyanın nəzəri və praktiki aspektləri
2. Dillərin linqvodidaktik baxımdan müqayisəli-tipoloji tədqiqi və təsviri
3. Qloballaşma şəraitində linqvokulturologiyanın aktual məsələləri
4. Qloballaşma şəraitində sosiolinqvistikanın aktual məsələləri
5. Qloballaşma şəraitində psixolinqvistikanın aktual məsələləri
6. Xarici dillərin tədrisində fənlərarası inteqrasiya məsələləri
7. Nəzəri və tətbiqi dilçiliyin aktual problemləri
Konfrans materiallarının tərtibinə qoyulan tələblər
1. Format−A4, Times New Roman 12 pt, boş sahə - hər tərəfdən 2 sm, interval−1,15, abzas -1,25 sm
2. Tezisin və ya məqalənin adı–ortadan, qalın şriftlə, baş hərflərlə
3. Müəllifin soyadı, adı, ata adı –ortadan, qalın şriftlə
4. İş yeri, şəhər, ölkə və e-mail ünvanı – ortadan, kursivlə
5. Açar sözlər- 5-7 söz
6. Xülasə - Azərbaycan, rus, ingilis dillərində (80 sözədək)
7. Həcmi - 5 tam səhifəyədək
8. Ədəbiyyata istinadlar - kvadrat mötərizədə
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.
İştirak forması - əyani, qiyabi
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
Konfransın materialları toplu şəklində çap olunacaq və sdu.edu.az saytında yerləşdiriləcəkdir.
Materiallar sdu.lingvistika@gmail.com elektron poçtunda və ya elektron daşıyıcılarda və çap olunmuş formada 05 noyabr 2019-cu il tarixinədək aşağıdakı ünvanda qəbul olunur:
Az 5000. Sumqayıt ş., 16-cı məhəllə, Sumqayıt Dövlət Universiteti, II mərtəbə, otaq 201, Filologiya fakültəsi, Azərbaycan dili və onun tədrisi metodikası kafedrası.
Əlaqələndirici şəxs - dos.Eminli Böyükxanım
Əlaqə telefonları: (018) 655-40-33; (055) 276-02-34 e-mail: sdu.linqvistika@gmail.com