ELAN
Əziz oxucular! Milli Kitabxananın inkişafına töhfə vermək təşəbbüsü ilə sorğu keçirilir
“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Milli Kitabxana oxucularının kitabxanada üzləşmiş olduğu mövcud problemləri minumuma endirmək və Milli Kitabxananın inkişafına töhfə vermək təşəbbüsü ilə sorğu keçirir.
Keçirilən sorğu nəticələri yekunlaşdıqdan sonra ilkin olaraq kitabxana rəhbərliyinə ünvanlanacaqdır. Əziz oxucular, əgər kitabxanada yaradılması və ya inkişafı üçün maraqlı olduğunuz hər hansı bir fikriniz, təklifiniz, ideyanız varsa, yaxud hər hansı bir problemin həllində maraqlısınızsa, bu sorğuya qatılaraq, onun obyektiv keçirilməsinə öz töhfənizi verə bilərsiniz.
Hər fikir Milli Kitabxananın inkişafı baxımından çox dəyərlidir!
Məlumat üçün bildirək ki, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi 2006-ci ildə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına (qeydiyyat tarixi: 26.05.2006, № 1106-Q11-2127) alınmışdır və əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də gənclərin geniş maarifləndirilməsi məqsədilə onlara informasiya, maddi və mənəvi dəstək göstərmək, onların inkişafı üçün şərait yaratmaq və eləcə də onların potensialından cəmiyyətin elmi, mədəni və sosial həyatında səmərəli istifadəsini təşkil etməkdir. Təşkilat yarandığı gündən etibarən müxtəlif sosial və idman layihələrinin həyata keçirilməsinə müvəffəq olmuşdur.
Sorğu linki:https://forms.gle/BCa5tYUbzcZGJh459