ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AMEA İDARƏETMƏ SİSTEMLƏRİ İNSTİTUTU
SUMQAYIT DÖVLƏT UNIVERSİTETİ
MƏLUMAT MƏKTUBU
Böyük məmnuniyyətlə Sizi 21–22 may 2020-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda II Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Nəzərinizə çatdırırıq ki, konfrans Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə keçirilir və Azərbaycan Respublikası Təhsil nazirinin 29.01.2020-ci il tarixli F-47 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2020-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na daxil edilmişdir.
Konfransın bölmələri
1. İnformasiya-ölçmə və idarəetmə sistemləri
2. Sistemli analiz və modelləşdirmə
3. Mexatronika və robototexnika
4. Korporativ informasiya sistemləri və onların tətbiqi
5. İntellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri
6. Cihazqayirmada yeni texnologiyalar
Konfrans materiallarının tərtibinə qoyulan tələblər
1. Ölçüləri – A4, Times New Roman 12 pt,
boş sahə – hər tərəfdən 2 sm,
sətirarası interval – 1,15 sm,
abzas – 1, 25 sm
2. Formullar – Microsoft Equation
3. Tezisin və ya məqalənin adı – ortada, qalın şriftlə, baş hərflərlə
4. Müəllifin soyadı, adı, ata adı – ortadan, qalın şriftlə
5. İş yeri, şəhər, ölkə və e-mail ünvanı – ortadan, kursivlə
6. Açar sözlər (5-7 söz) və xülasə (60-80 söz) – məqalənin yazıldığı dildən başqa iki dildə
7. Həcmi – 1-3 tam səhifəyədək
8. Ədəbiyyata istinadlar – kvadrat mötərizədə
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir
Konfransın işçi dilləri – Аzərbaycan, rus, ingilis
Konfransın materialları antiplagiat sistemində yoxlanıldıqdan sonra toplu şəklində çap olunur, sdu.edu.az saytında və eLibrary məlumat bazasında yerləşdirilir.
Materiallar infomk2020@mail.ruelektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada 30 aprel 2020‑ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur:
AZ5008. Sumqayıt ş., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Mühəndislik fakültəsi (otaq 214).
Əlaqələndirici şəxs –dos. Anar Namazov
Əlaqə telefonları:(+99418) 644 89 06
Təşkilat komitəsi