ELAN
Sumqayıt Dövlət Universitetində koronavirus əleyhinə təkrar dezinfeksiya işləri aparılacaq
Son günlər bütün dünyada geniş vüsət alan Koronavirus (2019-nCoV ) epidemiyası ilə bağlı Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası ilə bağlı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür.
SDU-da tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlər barədə rektorun R-19/1 saylı, 25.02.2020-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə 6 mart 2020-ci il tarixində saat 12:00 da Sumqayıt Dövlət Universitetində təkrar əsaslı dezinfeksiya işləri aparılacaq.
Universitetin hər üç tədris binasında virus əleyhinə dezinfeksiya ediləcək.
Xatırladaq ki, əvvəlki əsaslı dezinfeksiya işləri 25 fevral tarixində aparılmışdır.