ELAN
Sumqayıt Dövlət Universitetində Appelyasiya komissiyası yaradılmışdır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarına edilmiş dəyişikliklərdən irəli gələn tələblərlə bağlı Təhsil Nazirliyinin 01-11-522/15 saylı 20.05.2020-ci il tarixli əmrinə və Sumqayıt Dövlət Universitetinin 02.06.2020-ci il tarixində keçirilmiş Elmi Şurasının qərarlarına (protokol №10) əsasən Yekun Dövlət Attestasiyasının və imtahan sessiyasının keçirilməsi ilə bağlı rektor prof.E.B.Hüseynovun imzaladığı R-34/1 saylı 03.06.2020-ci il tarixli əmrinə müvafiq olaraq universitetdə keçirilən imtahan sessiyasının gediçinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Appelyasiya komissiyası yaradılmışdır.