Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | MAGİSTRATURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!
Yerləşdirilmə tarixi : 02 Sentyabr 2020 12:04
MAGİSTRATURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!
Sumqayıt Dövlət Universitetinin koronavirus (COVİD-19) pandemiyası dövründə 2020/2021-ci tədris ilində magistratura səviyyəsində boş qalan yerlərə qəbul olunmuş bakalavrların qeydiyyatının onlayn aparılmasına dair
                                                             MƏLUMAT
Magistraturaya qəbul olmuş bakalavrlar aşağıda qeyd olunan sənədləri sdu.az@mail.ru E-mail ünvanına göndərir və SDU-nun sənəd qəbuluna məsul olan şəxs bu bakalavrın qeydiyyatını təsdiq edir:
 
1. İş nömrəsi (6 rəqəmli) və FİN kod;
2. Bakalavr diplomunun surəti;
3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayışın surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti;
5. Ödənişli əsaslarla qəbul olan bakalavrlardan təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti. Təhsil haqqı Kapital bank ASC-nin Sumqayıt filialı, H/H AZ35AIIB38060019440146617125 hesabına ödənilir.
 
Qeydiyyat üçün sənədlər 2020-ci il sentyabrın 4-dan 9-dək qəbul edilir.
 
İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:
 
a) Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:
1. Doğum haqqında şəhadətnamənin surəti;
2. Ölüm haqqında şəhadətnamənin surəti;
3. Valideynin əlillik haqqında sənədinin surəti.
 
b) Məcburi köçkün olan bakalavrlar:
1. Özünün məcburi köçkün vəsiqəsinin surəti;
 
c) I və II dərəcə əlilliyi olan şəxslərin özünün sənədlərinin surəti.
 
d) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətandaşların uşaqları:
1. Doğum haqqında şəhadətnamənin surəti;
2. Əlillik haqqında arayışın surəti.
 
e) Şəhid ailəsinin üzvü olan bakalavrlar:
1. Şəhid ailəsi vəsiqəsinin surəti;
2. Valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
3. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
 
Qeydiyyatı təsdiqlənmiş bakalavrlar aşağıda göstərilən sənədləri 2020-ci ilin oktyabrın 1-dək SDU-nun Doktorantura və magistratura şöbəsinə təqdim etməlidir:
1. Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
2. Bakalavr diplomu və diploma əlavənin əsli və 1 ədəd surəti;
3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
Sənədləri qaydasında olmayan bakalavrların magistraturaya qəbulundan imtina ediləcək.
 
Telefonlar: 050 339 68 36
018 642 12 63
Whatsapp: 050 720 10 51
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az