ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
M Ə L U M A T M Ə K T U B U
Hörmətli həmkarlar!
Sizi 17-18 dekabr 2020-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Etnik deportasiyalar: tarixi və müasir dövrü” mövzusunda Beynəlxalq elmi konfransında iştirak etməyə dəvət edirik.
Konfrans Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmış və Təhsil nazirinin 29.01.2020-ci il tarixli F-47 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2020-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na daxil edilmişdir.
Konfransın bölmələri:
1. Dünya xalqlarının etnik deportasiyaları tarixindən
2. Azərbaycan xalqına qarşı deportasiyalar: tarixi və müasir dövrü
3. Deportasiyalar – multikulturalizmə təhdid kimi
4. Deportasiya və məskunlaşma: iqtisadi, sosial və coğrafi mühit amilləri
Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–7 söz)
Xülasə (60–80 söz) – azərbaycan, ingilis və rus dillərində – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı – kvadrat mötərizədə – əlifba sırası ilə
Konfransın materialları Antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU. Konfrans materialları” toplusunda (Beynəlxalq seriya nömrəsi: İSSN 2708-955X) çap olunaraq, sdu.edu.az saytında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir. Materiallar 30 noyabr 2020-ci il tarixinədək shirxans61@gmail.com elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada bu ünvanda qəbul olunur:
AZ5008. Sumqayıt şəh., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Tarix və coğrafiya fakültəsi, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası (otaq 248).
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.
Əlaqələndirici şəxs – prof. Səlimov Şirxan Dadaş oğlu
Əlaqə telefonları: (+99418) 644 89 05, (+99455) 619 50 71
Təşkilat komitəsi