ELAN
Hörmətli həmkarlar ! Sizi 12-13 noyabr 2020-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin və Kazan Dövlət Energetika Universitetinin birgə təşkilatçılığı ilə "Tətbiqi fizika və energetikanın aktual məsələləri" mövzusunda keçiriləcək II Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfrans Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmış və Təhsil nazirinin 29.01.2020-ci il tarixli F – 47 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2020 – ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na daxil edilmişdir.
Konfransın bölmələri:
1. Elektron texnikanın materialları və texnologiyaları
2. Funksional elektronika və neqatronika
3. Opto və kvant elektronikası
4. Yüksək enerji fizikası
5. Enerji sistemləri və kompleksləri
6. Avtomatlaşdırılmış elektrik intiqalı
7. Avtomatlaşdırma, cihazlar və nəzarət metodları
8. Energetikada iqtisadiyyat və idarəetmə
Konfransın işçi dilləri: azərbacan, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn (əlavə olaraq məlumat veriləcəkdir).
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift –Times New Roman
Şrift ölçüsü –12 pt
Sətirarası interval –1,15 sm
Abzas –1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər,ölkə və e-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–-7 söz)
Xülasə (60–80 söz) – azərbaycan, ingilis və rus dillərində – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar – kvadrat mötərizədə
Ədəbiyyat siyahısı – əlifba sırası ilə
Konfransın materialları Antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda (Beynəlxalq seriya nömrəsi: İSSN 2708-955X) çap olunaraq, sdu.edu.az və kgeu.ru saytlarında, eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir.
Materiallar 19 oktyabr 2020–ci il tarixinədək conference_ssu@mail.ru elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada bu ünvanda qəbul olunur: 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (II tədris binası), Fizika və elektroenergetika fakültəsi, Elektromexanika kafedrası.
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.
Əlaqələndirici şəxs – dos. Hüseynov Turqay Kilim oğlu
Əlaqə telefonu: (+994) 55 792 45 34, (+994) 18 644 89 06.
Təşkilat komitəsi