Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Yerləşdirilmə tarixi : 12 İyul 2021 13:17
ELAN
2021/2022-ci tədris ilində Sumqayıt Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı üçün təqdim edəcəkləri sənədlərin siyahısı 
 
Magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış şəxsi kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qeydiyyat üzrə e-müraciət sisteminin TƏLİMATI ilə burada tanış olmaq olar.
 
Qeydiyyat 2021-ci il iyulun 13-dən 22-dək davam edəcəkdir.
 
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin əsli və 3 ədəd surəti;
2. Bakalavr diplomu və diploma əlavənin əsli və 1 ədəd surəti;
3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının tam ödənildiyini göstərən bank qəbzi
7. Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
 
Sənədləri qaydasında olmayan bakalavrların magistraturaya qəbulundan imtina ediləcək.
Əlaqə telefonu: 018 642 12 63
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az