Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Professor-müəllim heyəti üçün “MEVLANA MÜBADİLƏ PROQRAMI”na sənəd qəbulu başlayıb
Yerləşdirilmə tarixi : 12 Fevral 2016 08:56
Professor-müəllim heyəti üçün “MEVLANA MÜBADİLƏ PROQRAMI”na sənəd qəbulu başlayıb
Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na 2016/2017-ci tədris ilinə sənəd qəbulu elan edilib.
“Mevlana Mübadilə Proqramı” SDU-nun professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 1-2 həftə müddətində həyata keçirilən mübadilə zamanı heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.
Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcəkdir. Proqramda SDU-nun bütün kafedralarının professor və müəllimləri iştirak edə bilərlər.
Tələb olunan sənədlər:
•Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
•Namizəd haqqında ətraflı məlumat (portfolio və ya özgeçmiş)
•Niyyət məktubu
•Çap olunmuş elmi əsərlərin siyahısı
•Xarici pasportun surəti
•3×4 şəkil – 2 ədəd 
Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri  19 fevral 2016-cı il tarixinə qədər SDU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinə  türk və ya ingilis dillərində təqdim etməlidirlər.
Proqramla bağlı daha ətraflı məlumatı www.mevlana.yok.gov.tr  ünvanından və Beynəlxalq Əməkdaşlıq şöbəsindən əldə etmək mümkündür.
MEVLANA MÜBADİLƏ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ SDU İLƏ ƏMƏKDAŞLIQ EDƏN UNİVERSİTETLƏRİN SİYAHISI
ADIYAMAN UNIVERSITETI   mevlana@adiyaman.edu.tr
ÇANKIRI KARATEKIN UNIVERSITETI mevlana@karatekin.edu.tr
NEVŞEHIR HACI BEKTAŞ UNIVERSITESI   mevlana@nevsehir.edu.tr
NECMETTIN ERBAKAN UNIVERSITETI   mevlana@konya.edu.tr
SAKARYA UNIVERSITETI erasmus@sakarya.edu.tr
ADNAN MENDERES UNIVERSITETI   www.adu.edu.tr/mevlana/
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az