ELAN
30 noyabr 2021-ci il saat 15:00-da Filologiya fakültəsində Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş elmi seminar keçiriləcək. Tədbirə Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının əməkdaşları və Filologiya fakültəsinin tələbələri dəvətlidirlər.
Tədbirdə çıxış edənlər:
1. Azərbaycan aşıq sənətinin tacidarı-Filologiya elmləri doktoru, folklorşünas A.İ.Məmmədov
2. “Dolanır” qoşması-Filologiya fakültəsi, 913 qrup tələbəsi Xanəhmədova Gülyanaq
3. Aşıq Ələsgərin poeziyasında onomastik vahidlər-Folklorşünaslıq ETL-ın rəhbəri prof. A.Bayramov
4. “Dünyada” qoşması-Filologiya fakültəsi, 928a qrup tələbəsi Əliyeva Arzu
5. Aşıq Ələsgərin ustadnamələrinin əxlaqi-didaktik semantikası-Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Balakişi İsgəndərov
6. “Xoş gəldin” gəraylısı-Filologiya fakültəsi, 913 qrup tələbəsi Abışova Şəbnəm