Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər" mövzusunda Beynəlxalq Elmi Konfransı keçirəcək.
Konfransın keçirilmə tarixi: 27-28 aprel 2016-cı il
Konfransın keçirildiyi yer: Sumqayıt şəhəri
Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
1. İnnovasiya fəaliyyətinin inkişafı – innovasiya iqtisadiyyatının əsası kimi
2. Sahələrin yüksək texnologiyaları və onların inkişaf etdirilməsi problemləri
3. İqtisadi və ekoloji təhlükəsizlik problemləri
4. İnsan kapitalı və onun inkişafı problemləri
5. Dünya iqtisadi proseslərinin müasir vəziyyəti və aktual problemləri
İştirak forması: əyani, qiyabi
Məruzəçi tərəfindən ödəniş tələb olunmur.
Konfrans materialları 01.04.2016-cı il tarixə qədər Azərbaycan, rus və ingilis dillərində ssueconomyfaculty@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda aşağıdakı ünvanda qəbul olunur.
Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti, "İqtisadiyyat və idarəetmə" fakültəsi, Biznesin təşkili və idarə edilməsi kafedrası, otaq 414.
Əlaqə telefonları: +994507522291, +994186448531
Məsul katib: dos. Qalib Hüseynov
Tezislərin tərtibatına qoyulan tələblər
Məqalə - Azərbaycan, rus və ingilis dillərində 4-5 tam səhifə həcmində.
Məqalənin mətni Microsoft Word mətn redaktəsi ilə yığılmalı (icazə.doc) və elektron daşıyıcıda təqdim edilməlidir.
Vərəqin ölçüsü – A4 formatda. Yerləşmə-kitab formasında. Hər tərəfdən 2,0 sm boş məsafə. Şifrə Times New Roman. Şifrənin ölçüləri – 14, adi.
Sətirlər arası interval – 1,5. Abzas – 1,25 sm. Yığılma - səhifənin eninə görə.
Məqalənin mətnində aşağıdakı məlumatların təqdim edilməsi zəruridir: UOT indeksi, məqalənin adı, müəlliflərin soyadı, inisialları, təşkilatın tam adı, annotasiya (3-5 cümlə) və açar sözlər (5-6 söz)
Ədəbiyyatlara istinadın kvadrat mötərizədə verılməsi zəruruidir.