Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | 12-13 may 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində magistrantların XXII Respublika elmi konfransı keçiriləcək
Yerləşdirilmə tarixi : 17 Yanvar 2022 13:53
12-13 may 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində magistrantların XXII Respublika elmi konfransı keçiriləcək
Bölmələr
1. Fizika
2. Riyaziyyat
3. Mexanika
4. Elektroenergetika
5. Yeni informasiya texnologiyaları
6. Kimya və kimya-texnologiya
7. Biologiya
8. Ekologiya
9. Tarix
10. Coğrafiya
11. İqtisadiyyat
12. Dilçilik
13. Ədəbiyyatşünaslıq
14. Pedaqogika
15. Psixologiya
16. Metodika
17. Sənətşünaslıq
18. Azərbaycan multikulturalizmi
Konfransa təqdim edilən məruzə tezislərində problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələrinin tətbiq sahələrinə dair təklif verməlidir. Əsaslandırılmış mühüm ideyaları olan məruzə tezislərinə üstünlük verilir.
Təqdim edilən məruzə tezislərin plagiatlığı yoxlanılır.
 
1. Məruzə tezislərinin tərtib olunma qaydaları:
Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az. latın), 11pt ilə 1 intervalla A4 formatda yığılır;
Boş yerlər: yuxarıdan və aşağıdan – 25 mm, soldan və sağdan 20 mm;
Məruzənin adı – BAŞ HƏRFLƏRLƏ qalın şriftlə ortada (birinci sətir);
Müəllifin soyadı, adı, atasının adı – kursiv qalın şiriftlə ortada (ikinci sətir);
Ali məktəbin adı – kursiv, ortada (üçüncü sətir);
E-mail ünvanı – kursiv, ortada (dördüncü sətir);
Bölmənin adı – məruzə tezisinin mətninin sonunda, solda;
Məruzə tezisinin mətni – 2 səhifəyə qədər, səhifələr nömrələnmir.
 
2. Məruzə tezisləri aşağıdakı sənədlərlə təqdim olunmalıdır:
Elmi rəhbərin rəyi;
Kafedranın protokolundan çıxarış;
Müəllifin təhsil aldığı müəssisə rəhbərinin konfransın Təşkilat komitəsinin sədri rektor, prof. E.B. Hüseynova ünvanlanmış məktubu.
 
3. Bir müəllifdən 2-dən artıq məruzə tezisi qəbul edilmir.
 
4. Məruzə tezisi kağız və elektron variantda aşağıdakı ünvana 7aprel 2022-ci il saat 17:00-dək təqdim olunmalıdır:
AZ 5008, Sumqayıt şəhəri, 43-cü məhəllə,
Sumqayıt Dövlət Universitetinin əsas binası,
Doktorantura və magistratura şöbəsi (otaq 243),
tel: 018 642-12-63; 018 642- 15-06 (1-19); 012 448-08-37 (1-19),
E-ünvan: sdu.az@mail.ru
 
5. Tələbləri ödəməyən məruzə tezisləri Təşkilat komitəsi tərəfindən qəbul edilmir, rəy verilmir, geri qaytarılmır.
 
6. Qeydiyyat xərcləri – hər məruzə tezisi üçün 5 AZN.
 
7. Konfransın formatı: əyani və ya onlayn (əlavə olaraq məlumat veriləcək).
Konfransın açılışı 12 may 2022-ci il saat 11:00-da SDU-nun akt zalında olacaqdır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az